Accessibility links

İranın dəstəklədiyi qruplaşmalar ABŞ mövelərinə hücumları bərpa edir


İraq şiə miliant qruplaşmasının üzvləri ABŞ hava zərbələri nəticəsində öldürülümüş silahdaşlarının dəfn mərasimində iştirak edirlər. Bağdad, İraq. 4 fevral, 2024.
İraq şiə miliant qruplaşmasının üzvləri ABŞ hava zərbələri nəticəsində öldürülümüş silahdaşlarının dəfn mərasimində iştirak edirlər. Bağdad, İraq. 4 fevral, 2024.

PENTAQON — İranın Suriyada himayə etdiyi silahlı qruplaşmalar Birləşmiş Ştatlar və onun müttəfiqlərini yenidən hədəf alırlar. Ötən həftəsonu ABŞ bombardmanının ardınca militantlar Amerika mövqelərinə azı üç dəfə hücum ediblər.

ABŞ hərbi rəsmiləri Amerikanın Səsinə bildiriblər ki, son hücumlar bazar ertəsi baş verib. Birləşmiş Ştatlar və koalisiya qüvvələrinin şərqi Suriyadakı Missiyaya Dəstək Fərat Məkanı bazasına bir raket atılıb.

Rəsmilər hücum nəticəsində təlafat, yaxud dağıntı olmadığını bildirib.

Lakin bundan öncə ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) bazasına edilən hücum hədəfə dəyib. Deir əs-Zurda Ömər neft yatağı yaxınlığındakı SDQ bazasına edilən dron hücumu nəticəsində bir neçə döyüşçü həlak olub.

SDQ bazası ABŞ qüvvələrinin Yaşıl Kənd kimi tanınan ərazidəki bazasının yaxınlığında yerləşir.

Son üç hücum Birləşmiş Ştatların İraq və Suriya boyu 85 hədəfə zərbələr endirməsindən sonra baş verib. Yarım saat içərisində ABŞ qüvvələri 125 dəqiq təyinatlı bombalarla militant mövqelərini vurublar.

Vaşinqton rəsmiləri deyir ki, məqsəd idarə-nəzarət mərkəzlərini, dron və raket anbarlarını və digər mühüm obyektlərini sıradan çıxarmaqla militant qruplaşmaların döyüş imkanlarını məhdudlaşdırmaqdır.

ABŞ xəbərdarlıq edib ki, əlavə zərbələr endiriləcək.

Forum

XS
SM
MD
LG