Accessibility links

ABŞ Konqresinin üzvləri Pakistanda demokratik seçkilərə çağırır


Pakistanda ümummilli seçkilər ərəfəsində Birləşmiş Ştatlar Konqresinin üzvləri seçkilərin demokratik keçirilməsinin vacibliyinin vurğulayıblar.

122 milyondan çox seçicinin cümə axşamı səs verəcəyi seçkilərdə Milli Assambleyanın 336 masasında 266-nın sahibi müəyyən ediləcək.

“Fevralın 8-də tam və azad seçkilər olmalıdır,” ABŞ Nümayəndələr Palatasının üzvü Şeila Cekson Lee Amerikanın Səsinə müsahibəsində bildirib.

Konqresdə Pakistan kokusunun banisi və həmsədri olan və Texas ştatını təmsil edən Lee belə iri ölkədə azad seçkilərin və xalqın öz siyasi iradəsini ifadə etməsinin əhəmiyyətindən danışıb.

Şeila Cekson Lee (Demokrat, Texas)
Şeila Cekson Lee (Demokrat, Texas)

44 siyasi partiyanın rəqabət apardığı seçkilərdən sabiq baş nazir İmran Xan və onun rəhbəri olduğu Pakistan Tehrik-e İnsaf (PTİ) partiyasının bir çox üzvləri kənarlaşdırılıb. Xanın həbsinin ardınca keçirilən seçklilərin legitimliyi barədə narahatlıqlar ifadə olunmaqdadır.

Bu arada bəzi təhlilçilər üç dəfə baş nazir olmuş Navaz Şərifin (Pakistan Müsəlman Liqası-N) hakimiyyətə qayıdacağını proqnozlaşdırır.

Amerikanın Səsinə danışan Kaliforniyalı konqresmen Bred Şerman Amerikanın bu seçkilərdə demokratik prosesə tərəfdar olduğunu bildirib və əlavə edib ki, aparıcı namizədin və onun partiyadaşlarının seçki kampaniyası apara bilməməsi diqqət cəlb edir.

“Hesab edirəm ki, Birləşmiş Ştatlar dünya boyu demokratiyanın yanında olub, hətta bu bizim təcili siyasi maraqlarımıza cavab verməsə belə,” Şerman bildirib.

Konqres üzvləri bu xüsusda ABŞ-Pakistan münasibətlərinin əhəmiyyətini vurğulayıblar.

“Pakistan Əfqan müharibəsinin ağır illərində müttəfiq olub. Biz hətta bu yaxınlarda Pakistanla əməkdaşlıqdan yararlanmışıq,” Şeila Cekson Lee bildirib. “Və bu münasibətlər güclənəcək və daha da mühüm olacaq.”

Bred Şerman (Demokrat, Kaliforniya)
Bred Şerman (Demokrat, Kaliforniya)

Bred Şerman Pakistan seçiciləri üçün amerikalı siyasətçilərin hansı namizədə üstünlük verib-vermədiklərin rol oynamadığının fərqində olduğunu bildirib və lakin əmin olduğunu bildirib ki, praktiki pakistanlılar ölkələrinin ABŞ-la yaxşı münasibətlər saxlamasına tərəfdardırlar.

O, demokratik əsaslarda formalaşmış hökumətin Birləşmiş Ştatların xarici siyasət maraqları üçün də önəm daşıdığını qeyd edib.

“Biz regionda terrorizmdən narahatıq, ələlxüsus İrandan narahatıq ki, onlar Pakistana qarşı müəyyən terrorizmin mənbəyi olublar,” deyə Şerman əlavə edib ki, səsvermə qutusunda qalib gəlməyəcəklərini düşünən siyasi qruplaşmaların terrora üz tutması dünya üçün böyük bəladır.

Çərşənbə günü Pakistanın Bəlucistan vilayətində baş vermis bomba hücumları azı 30 adamın ölümünə və onlarla adamın yaralanmasına bais olub.

Pişin və Gilla Sayfulla məntəqələrində baş vermis partlayışlar ölkə boyu seçkilərin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG