Accessibility links

Bərdə Rayon Məhkəməsinin sabiq hakimi rüşvət almaqda iittiham olunur


Bərdə Rayon Məhkəməsinin keçmiş hakimi Elsun Əhmədova qarşı rüşvət alma ittihamı irəli sürülüb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, keçmiş hakimə qarşı fevralın 8-də Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatl əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidməti bildirir ki, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb. Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.

Baş Prokurorluğun Mətbuat xidməti hakimin hansı müddətədə və kimlərdən rüşvət alması ilə bağlı açıqlama verməyib.

Keçmiş hakimin özü, yaxınları və vəkilərii ittihama hələ münasibət bildirməyib.

Azərbaycan beynəlxalq korrupsiya indeksinə görə 180 ölkə arasında 128-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ötən ilin sonlarında "Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi" mövzusunda hakimlərlə keçirilən görüşündə bildirib ki, məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcək.

“Vətəndaşlarda haqlı narazılıq doğuran neqativ hallar üzrə təsir tədbirləri davamlı olaraq həyata keçiriləcək”, o qeyd edib.

Kərimov apellyasiya baxışının nəticələrinə əsasən ləğv edilmiş konkrekt işlər üzrə nöqsanlar, xarakterik pozuntular birinci instansiya məhkəmələrinin hakimlərinin diqqətinə çatdırıb.

Bərdə Rayon Məhkəməsin hakiminin rüşvət almada günahlandırılması Məhkəmə-Hüquq Şurasının sədrinin çıxışından sonraya təsadüf edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG