Accessibility links

Ukrayna Rusiyaya məxsus pilotsuz təyyarələrin Odessa və Mikolayivə hücumu barədə məlumat verib


Ukrayna rəsmiləri cümə axşamı bildiriblər ki, Rusiya gecə ərzində Mikolayiv və Odessaya 17 pilotsuz uçuş aparatı ilə hücum edib. Hər iki ərazidə dağıntıların baş verdiyi bildirilsə də, itkilər barədə məlumat verilməyib.

Ukrayna Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri Mikolayiv, Odessa, Vinnitsa və Dnepropetrovsk vilayətləri üzərində pilotsuz təyyarələrdən 11-ni məhv etdiyini xəbər verib.

Mikolayiv vilayətinin qubernatoru Vitali Kim Telegram-da yaşayış və sənaye binalarına ziyan dəydiyini bildirib.

Odessa vilayət qubernatoru Oleq Kiper isə tikintisi yarımçıq qalmış hündürmərtəbəli binaya və məktəbə ziyan dəydiyini xəbər verib.

Digər tərəfdən isə Rusiya ordusu cümə axşamı bildirib ki, Krımı hədəf alan Ukraynaya məxsus pilotsuz təyyarəni vurub.

Hücumlar Ukrayna prezidenti Volodimir Zelenskinin gecə müraciətində atdığı hər raket və pilotsuz təyyarəyə görə "Rusiyadan qisas alacağını" vəd etməsindən bir neçə saat sonra baş verib. Zelenski həmçinin bildirib ki, Ukrayna hava hücumundan müdafiəsini gücləndirməyə çalışacaq.

Çərşənbə günü Kyivdə Zelenski ilə danışıqlardan sonra Avropa İttifaqının xarici siyasət rəhbəri Cozef Borrell bildirib ki, Ukrayna lideri "əlavə döyüş sursatları, pilotsuz təyyarələr və hava hücumundan müdafiə sistemləri istəyib".

Borrell bildirib ki, onun əsas prioriteti Aİ-nin Ukraynaya hərbi yardımını səfərbər etməkdir.

Digər tərəfdən ABŞ və NATO rəsmiləri çərşənbə Ukraynanın Rusiyaya qarşı davam edən mübarizəsini güclü dəstəklədiklərini bir daha təsdiqləyiblər.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan NATO-nun mənzil-qərargahında çıxış edərək, çərşənbə axşamı Ukraynanın müdafiəsini maliyyələşdirmək və ABŞ-ın cənub sərhədlərini möhkəmləndirmək üçün Senat sazişinin dramatik şəkildə iflasına baxmayaraq, inamlı səslənib.

Qanun layihəsi rədd edilməzdən əvvəl verdiyi açıqlamada prezident Co Bayden deyib ki, ABŞ-ın dəstəyinin itirilməsi "tam olaraq Putinin istədiyi şeydir".

Lakin Sullivan, buna baxmayaraq, ümidli olduğunu bildirib: "Hətta son 24 saat ərzində siz xeyli sayda respublikaçının çıxıb başqa nə olursa olsun, Ukraynaya dəstək paketini irəli sürməliyik dediyini görmüsünüz. Prezident Baydenin dünən dediyi kimi, tarix bu həftə irəli sürülən paketdə olan yardım növünü çatdırmaqda hər hansı bir uğursuzluğu yadda saxlayacaq".

O, digər administrasiya rəsmiləri kimi, Vaşinqtonun bu məsələdə B planını olmadığını da vurğulayıb.

"Günün sonunda, ABŞ-ın Ukraynaya artilleriya, hava hücumundan müdafiə sistemləri və ehtiyac duyduğu digər imkanlara malik olmasına imkan verən səviyyədə resurs təmin etməsinə alternativ yoxdur. Və bu məsələdə vaxt vacibdir. Buna görə də biz buna diqqət yetirəcəyik və inanırıq ki, biz hələ də bunu həyata keçirə bilərik və edəcəyik" deyə Sullivan bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG