Accessibility links

Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad edib


Volodimir Zelenski və Valeri Zalujnı (8 fevral 2024-cü il)
Volodimir Zelenski və Valeri Zalujnı (8 fevral 2024-cü il)

Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad edib. Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin edilib. Bu barədə Ukrayna prezidenti öz Telegram kanalında yazıb.

"General Valeri Zalujnı ilə görüşdüm. İki il Ukraynanı müdafiə etdiyinə görə ona təşəkkür etdim. Biz Ukrayna Silahlı Qüvvələrinin hansı yeniliyə ehtiyacı olduğunu müzakirə etdik. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin yenilənmiş rəhbərliyində kimlərin ola biləcəyini müzakirə etdik. Belə bir yeniləmənin vaxtı indidir. Mən Valeri Fedoroviçə (Zalujnınıya) daha sonra komandada olmağı təklif etdim”, - deyə Zelenski yazıb.

Prezident həmçinin Ukrayna Silahlı Qüvvələrinə rəhbərliyinin yeni heyətə keçdiyini və general-polkovnik Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin etdiyini bildirib.

Zalujnı da öz növbəsində qeyd edib ki, Ukrayna prezidenti ilə “ciddi və vacib söhbət” olub.

Rusiyada doğulub, boya-başa çatan Aleksandr Sırski 1980-ci ildən Ukraynada yaşayır. İlk hərbi təhsilini Moskva Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbində alıb. Sonra Ukrayna Silahlı Qüvvələri Akademiyasını və Ukrayna Milli Müdafiə Akademiyasını bitirib. 2019-cu ildən Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına komandanlıq edib. 2022-ci ilin fevralında Sırsky Kyivin müdafiəsinə rəhbərlik etdi və bunun üçün sonradan Ukrayna Qəhrəmanı adına layiq görüldü.

Forum

XS
SM
MD
LG