Accessibility links

Güneyli siyasi fəal Yürüş Mehrəlibəyli Təbriz Mərkəzi Həbsxanasına köçürülüb


Güneyli siyasi fəal Yürüş Mehrəlibəyli
Güneyli siyasi fəal Yürüş Mehrəlibəyli

Siyasi fəal Yürüş Mehrəlibəylinin qardaşı Yılmaz öz şəxsi Instagram səhifəsində bildirib ki, ona Yürüş Mehrəlibəylinin Təbriz Mərkəzi Həbsxanasına köçürülməsi barədə məlumat ailəsi fevralın 10-da prokurorluğa müraciət etdiyi zaman verilib.

Azərbaycanlı siyasi fəalın qardaşının açıqlamasına görə, o, bir neçə gündür ki, Təbriz Kəşfiyyat İdarəsindən həbsxanaya köçürülüb. Bu siyasi fəal hazırda həbsxananın karantin palatasında saxlanılır.

Məhkəmə orqanlarının Mehrəlibəylinin ailəsinə verdiyi məlumata görə, Yürüş Mehrəlibəyli ilə bağlı istintaq prosesi davam edir və onun dindirilmə üçün yenidən Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülməsi ehtimalı var.

Təbriz Mərkəzi Həbsxanasının karantin palatasında siyasi fəala ailəsi ilə telefon əlaqəsi qurmaq və yaxud ailə üzvləri ilə görüşmək icazəsi verilmir.

Yürüş Mehrəlibəyli ötən il noyabrın 7-də Culfada təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb. İndiyədək həbsindən 96 gün keçib və bu müddət ərzində ona yalnız bir dəfə bir neçə saniyəlik ailəsinə zəng etmək icazəsi verilib. Bu isə, fəalın ailəsi və yaxınlarının onun səhhəti ilə bağlı narahatlığına səbəb olub.

İranda türk fəallara qarşı təhlükəsizlik qüvvələrinin təzyiqləri və repressiyaları artıb; son günlər Azərbaycanın və İranın müxtəlif şəhərlərində azı 12 milli fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Forum

XS
SM
MD
LG