Accessibility links

Böyük Britaniya kralı III Çarlz xərçəng xəstəliyinin elanından sonra ilk dəfə kilsəyə gedib


Kral III Çarlz xərçəng diaqnozundan sonra ilk dəfə bazar ibadətinə qatıldı və müntəzəm olaraq kral ailəsi üçün ibadət yeri kimi xidmət edən kilsədən çıxarkən təbəssüm nümayiş etdirdi.

Kral Çarlz və Kraliça Kamilla İngiltərənin şərqindəki Sandrinqem Evinin yaxınlığında yerləşən Müqəddəs Məryəm Maqdalena kilsəsində idilər. Londondan təxminən 180 kilometr şimalda yerləşən mülk, monarxa infeksiya riskindən təcrid oluna biləcəyi yerdir.

Bu səfər kralın ictimaiyyətdən aldığı dəstək mesajlarına görə təşəkkürünü bildirdikdən bir gün sonra baş tutdu. Şənbə günü yaydığı bəyanatda monarx bu cür dəstəyin rahatlıq verdiyini və həvəsləndirici olduğunu söylədi.

Bukingem Sarayı kralın diaqnozunu bazar ertəsi elan etdi. Çarlz sonuncu dəfə çərşənbə axşamı müalicəsinə başladıqdan sonra Londondakı Klarens Evindən çıxarkən görülüb.

Son altı Britaniya monarxının şəxsi evi olan Sandringham park, bağlar və işləyən fermaların arasında yerləşir və 1862-ci ildən kral ailəsinə məxsusdur.

Forum

XS
SM
MD
LG