Accessibility links

Norveç Avropanın ən böyük qaz tədarükçüsü kimi Rusiyanı geridə qoyub


“Avropanın Norveçin neft və qazından artan asılılığı ölkənin enerji qurğularını daha çox hücum riski ilə üz-üzə qoyub” - deyə, bazar ertəsi Reuters agentliyinə onların təhlükəsizliyini təmin etməkdə məsul qurumlardan birinin rəhbəri bildirib.

2022-ci ildə Norveç Avropanın ən böyük təbii qaz tədarükçüsü kimi Rusiyanı geridə qoyub. Belə ki, Moskvanın Ukraynaya təcavüzü onilliklər boyu davam edən enerji əlaqələrini pozub və qiymətlərin yüksəlməsinə səbəb olub.

Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Lars Kristian Aamodt müsahibəsində deyib: “Mən asılılıqdan narahatam və şübhə yoxdur ki, Avropa Norveç qazından daha çox asılı vəziyyətə düşüb”.

Norveçin üç kəşfiyyat orqanı illik təhdid qiymətləndirmələrini təqdim etdikdən sonra danışan Aamodt "Asılılıq artdıqca təhlükə və risk də artacaq" deyib. Aamodtun agentliyi bildirib ki, Yaxın Şərqdəki münaqişələr neft bazarını pozsa, Avropanın Norveç neft və qazından asılılığı daha da arta bilər.

Bundan əlavə, Norveçin neft və qaz qurğuları "qəzalar, fiziki təxribat və dağıdıcı kiberhücumlara məruz qala bilər", ölkənin hərbi kəşfiyyat xidməti (E-xidmət) ayrıca hesabatında bildirib.

E-xidmətin direktoru admiral Nils Andreas Stensoenes Reuters-ə bildirib ki, Rusiya Norveç infrastrukturunun monitorinqi və xəritələşdirilməsi "adi iş kimi" davam edir. Onlar müşahidə proqramını davam etdirirlər və buna [Ukraynadakı] müharibə çox, çox az təsir edir”, o əlavə edib.

“Keçən ilin oktyabrında Baltik dənizinin altından qaz kəməri və Finlandiya ilə Estoniyanı birləşdirən telekommunikasiya kabelinin zədələndiyi insident təxribat riski ilə bağlı narahatlıqları artırıb”, polisin təhlükəsizlik agentliyinin rəhbəri bildirib.

PST rəhbəri Beate Qangaas Reuters-ə deyib: "Bu, Norveçdə də çoxları üçün məlumatlılığı artırıb.

Finlandiya polisi Çinin “NewNew Polar Bear” konteyner gəmisinin lövbərinin dənizin dibi ilə sürükləndiyini bildirib. Onlar bunun qəza və ya qəsdən törədilmiş hərəkət olub-olmadığı barədə hələ nəticə çıxarmayıblar. Həmin vaxt biri İsveç və Estoniyanı, digəri isə Rusiyanı birləşdirən daha iki kabel də zədələnmişdi.

Forum

XS
SM
MD
LG