Accessibility links

İranın Şərqi Azərbaycan vilayətində siyasi fəalın həbs və şallaq cəzasına məhkum olunduğu bildirilir


İsmayıl Əhmədi
İsmayıl Əhmədi

Şərqi Azərbaycan vilayəti Vərziqan şəhərinin sakini olan siyasi fəal İsmayıl Əhmədinin 9 ay həbs və 70 zərbə şallaq cəzasına məhkum olunduğuna dair məlumat yayılıb.

Aznews TV və Güney Azərbaycan Televiziyası (Günaz) bu barədə məlumat yayıblar.

İsmayıl Əhmədi keçən ilin avqust ayında nəzarət altına alınıb və bir neçə gün sorğu-sual olunduqdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Onun həmin ilin may ayında da nəzarətdə saxlanıldığı bildirilir.

Hüquq müdafiəçiləri daha əvvəl siyasi fəalın Süngün mis mədənində çalışan işçilərin keçirdiyi etiraz aksiyaları ilə əlaqədar məlumat yaydığı üçün təzyiqlərə məruz qaldığını yazmışdılar.

Əhmədi keçən ilin noyabr ayında Vərziqan Cəza Məhkəməsində hakim qarşısına çıxarılıb.

Siyasi fəala daha əvvəl göndərilən məhkəmə çağırışında yazılanlara görə, o, “İslamın müqəddəslərini təhqir etmək”, “əhalini daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətməyə təşviq etmək”, “nizama düşmənlik edən kanallar ilə irtibat”, “yalan məlumat yaymaq” və “İslam Respublikası nizamına qarşı təbliğat” ittihamları ilə mühkimə olunub.

İsmayıl Əhmədi bundan əvvəl də göstərdiyi fəaliyyətlər səbəbilə həbs və mühakimə edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG