Accessibility links

Qalib Toğrul: Qubad İbadoğlunun səhhətində hər hansı müsbət dəyişiklik yoxdur


Qubad İbadoğlu (Arxiv foto. Mənbə: VOA)
Qubad İbadoğlu (Arxiv foto. Mənbə: VOA)

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova fevralın 13-də onunla 1 saylı Bakı İstintaq Təcridxanasında görüşüb.

Bu barədə Amerikanın Səsinə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, Qubad İbadoğlunun səhhəti ilə bağlı hər hansı müsbət dəyişiklik yoxdur.

“Əksinə şəkərinin normallaşmaması bizi ailəsi olaraq qorxudur. Qorxuruq ki, şəkərin yüksək olması daxili orqanlarında fəsadlara yol aça bilər. Dünən Qubad bəy üçüncü sistemi qəbul edib. Şəkər onda sinir uclarının zədələnməsinə səbəb olub”, o qeyd edib.

Qalib Toğrulunun fikrincə, qubad İbadoğlunun daxili orqanlarının təcili müayinə olunmasına ehtiyac var.

“Bununla bağlı mən dünən Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova ilə söhbət eTdim. Belə qərara gəldik ki, ilk növbədə Qubad İbadoğlunun ürəyindəki problemlərin aşkara çıxarılması üçün anju olunmalıdır. Bunun üçün Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət edəcəyik”, o qeyd edib.

Bundan əlavə Qalib Toğrul deyib ki, İbadoğlunun vəkillərilə telefon danışığına qoyulmuş məhdudiyyət aradan qaldırılmayıb.

Bununla bağlı Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, Bakı İstintaq Təcridxanasından və cinayət işini aparan istintaq orqanından şərh alması mümkün olmayıb.

Bu yaxınlarda World Liberty Congress Qubad İbadoğlunun səhhətinin pisləşməsi ilə bağlı dünya ictimaiyyətinə çağırış edib.

Dünyada azadlıq və insan haqları uğrunda mübarizə aparan fəalların birliyinə çalışan nüfuzlu World Liberty Congress (Dünya Azadlıq Konqresi) Azərbaycan hakimiyyətini Qubad İbadoğluna keyfiyyətli tibbi xidmət göstərməyə çağırıb və onun sağlamlığı ilə bağlı bütün məsuliyyətin hazırkı rejimin üzərində olduğunu bildirib.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG