Accessibility links

Super Bowl çempionlarının paradında silahlı hücum 22 adamın yaralanması, birinin ölümü ilə nəticələnib


KANSAS CITY, MISSOURI — Kansas City Chiefs komandasının oyunçularının növbəti ildə də Super Bowla-a yollanacaqlarını vəd etmələrindən bir neçə dəqiqə sonra baş verən silahlı hücum nəticəsində azı 22 adam yaralanmış və bir nəfər həlak olmuşdur. Yaralananların səkkizinin uşaq olduqları bildirilir.

Kansas şəhər polis rəisi Stacey Graves hücumun detalları haqda məlumat verib və üç nəfərin saxlanıldığını bildirib.

"Mən bu gün baş verənlərdən qəzəbliyəm. Bura bayram etməyə gəlmiş insanlar təhlükəsiz mühit gözləyirlər," Graves bildirib.

Polis rəsmiləri saxlanılan şəxslərin kimliyi və motivləri haqda məlumat verməyiblər.

Graves deyib ki, ərazidən odlu silah tapılıb, ancaq silahların növünü açıqlamayıb.

İnsident başlayandan az sonra azarkeşlərdən ərazini tez tərk etmələri xahiş olunub.

Silahlı hücum futbol üzrə çempionatın final matçının qalibi Kansas City Chiefs komandasının Valentin Günü keçirdiyi paradda azarkeşlərin bayram əhval ruhiyyəsini söndürüb.

Rəsmilər şəhərdə qeyri-adi olaraq isti keçən havalar parada bir milyon yaxın adamın gəlmiş ola biləcəyini təxmin edir.

Ötən bazar günü Kansas City Chiefs komandası San Fransiskonun 49-lar komandasını 25-22 hesabı ilə məğlub edərək Milli Futbol Liqasının Super Bowl kimi tanınan final çempionluq matçını qazanıb.

Las Veqasdakı qələbə ilə Chiefs komandası son 20 ildə ardıcıl olaraq ikinci dəfə Super Bowlda qalib gələn ilk komanda olub.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG