Accessibility links

Qasım Boedi: İranda erkən yaşda nikah halları yoxsulluq və dövlət siyasətləri səbəbilə artır


Qasım Boedi, hüquqşünas
Qasım Boedi, hüquqşünas

Hüquqşünas Qasım Boedi Amerikanın Səsinə müsahibədə İranda erkən yaşda nikah hallarının getdikcə artması və onun səbəbləri haqqında danışıb. Hazırda mühacirətdə yaşayan Boedi 20 ilə yaxın Təbrizdə bir “evlilik və boşanma qeydiyyatı” mərkəzinin müdiri olub.

Qasım Boedi bəzi hallarda yaşı 13-ə çatmamış qızlara qanunsuz şəkildə nikah qıyıldığını deyir. Ancaq, onun sözlərinə görə, yaşı 9-dan yuxarı olan qızlar məhkəmə icazəsi ilə rəsmi şəkildə də evləndirilir.

Qasım Boedi: İranda erkən yaşda nikah halları yoxsulluq və dövlət siyasətləri səbəbilə artır
please wait

No media source currently available

0:00 0:15:23 0:00
Direct link

İranda dini və rəsmi nikahlar dövlətin icazəsi ilə fəaliyyət göstərən “evlilik və boşanma qeydiyyatı” mərkəzləri tərəfindən qeydə alınır.

“Hüquqçular və ya şəriət məsələləri sahəsində təhsil almış şəxslər imtahan verib və şərtlərə uyğun olsalar evlilik və boşanma qeydiyyatı üçün ofis açmağa dövlətdən icazə alırlar. Bu mərkəzlərdə həm dini nikah oxunar, həm də rəsmi şəkildə qeydiyyata keçər. Boşanmaq prosesi də eyni şəkildə.Ancaq, boşanma məsələsində məhkəmə hökmü də lazimdir” - deyə, vəkil bildirib.

O, İranda evlənmə yaşının qızlar üçün 13, oğlanlar üçün 15 olduğuna diqqət çəkərək əlavə edib ki, “yaşı 13-ə çatmayan qızın nikahı üçün qızın atasının razılığından əlavə məhkəmə icazəsi də lazimdir. Bəzən, bu məhkəmə icazəsindən qaçmaq üçün gedirlər məsələn bir molla yanında nikahı qeyri-rəsmi şəkildə oxuyurlar. Bu bilinsə əgər, bu işin amilləri ciddi problemlər ilə qarşılaşar.”

Qasım Boedi erkən yaşda nikah hallarının son illərdə artdığını vurğulayıb.

Onun sözlərinə görə, “kiçik yaşlarda evləndirmək əvvəldən var idi, amma getdikcə çoxalıb. Əvvəllər daha çox kültür məsələsi idi. Onun yanında hər zaman iqtisadi vəziyyətin də təsiri olub. Lakin son illərdə bu çoxalıb və bunun çoxalmasının səbəbi iqtisadi vəziyyətdir. Yəni, elə olur ki, bir ailə iqtisadi baxımdan uşağına yetişə bilmir. O ailə evliliyi bir şey bilir ki, bunun xərci azalacaq. Ancaq, bu evliliklə o qız üçün iqtisadi şərait düzəlmir ki. Aiələlər istəyir ki, bir nəfər azalsın. Onun başına nə gələcəyinə heç fikirləşmirlər. Biz adətən belə evliliklərdə bir-iki il ərzində əməldə çox yuxarı problemlər görürük.”

Qasım Boedi hökümətin siyasətlərinin də erkən yaşda nikahların artmasına ciddi təsir göstərdiyini vurğulayıb. “Bir də dövlətin siyasətləri elədir ki, məsələn bildirişləri olur. Məsələn aşağı yaşlarda evlilik olanda böyük bank kreditləri verir,” deyə, o söyləyib.

O, deyib ki, yaşı 9 qəməri ildən (təqribən 8 il 9 ay) yuxarı olan qız uşaqları məhkəmə qərarı ilə evləndirilir.

“Bizim ofisimiz Təbrizdə idi. Təbriz böyük şəhərdir. Ancaq, buna rəğmən hər ay bu yaşlarda, yəni 13-dən aşağı evləndirmə olardı. Mən 9 yaş da görmüşəm ki, məhkəmə qərar verib, mən də yazmışam. Bu rəqəm kiçik şəhərlərdə qat-qat artıq olar... Elə yaşlarda evləndirirlər ki, evlilik nədir onun üçün tərif olunmayıb. Bu səbəb olur ki, bir-iki il sonra böyük məsələlər çıxır. Uşağın uşaqlığı məhv olur. Bir insanın həyatı və ömrü əmələn xarab olur və bitib gedir. Bunlar hamısı İslam Cümhuriyyətinin siyasətlərinin nəticəsidir,” deyə hüquqşünası əlavə edib.

Forum

XS
SM
MD
LG