Accessibility links

Təbrizdə etirazçı işçilər kəşfiyyat şöbəsinə çağırılıb


Təbriz
Təbriz

Keçən bir ay ərzində Təbrizdə müxtəlif sektorlara çalışan işçilər tərəfindən təşkil olunan etiraz mitinqlərinin artmasının ardınca etirazçı işçilərdən bəzilərinin kəşfiyyat şöbəsinə çağırıldığına dair məlumat yayılıb.

Abbas Lisani Telegram kanalı və Aznews TV kimi mənbələrə istinadən, bu yaxınlarda, o cümlədən bir əczaçılıq şirkətinin işçiləri təhlükəsizlik qurumuna çağırılıblar.

Təbrizin Şəhid Qazi Əczaçılıq Şirkətinin etirazçı işçiləri “yazılı təəhhüd” imzalamağa məcbur ediliblər.

“Əczaçılıq şirkətinin bəzi işçiləri, o cümlədən işçilər şurasının üzvləri kəşfiyyat nazirliyinin Bostanabad şöbəsinə çağırılaraq təhdid olunublar. Kəşfiyyat qurumu onlara yazılı təəhhüd imzalatdıqdan sonra iş başına qayıtmalarına icazə verib. İşçilər tətil və mitinq keçirməyə davam etdikləri təqdirdə nəzarət altına alınıb və işdən çıxarılmaqda təhdid olunublar,” Abbas Lisani Telegram kanalı bildirib.

Son həftələr Şəhid Qazi şirkətinin işçiləri xüsusilə maaşlarının aşağı səviyyədə olmasına etirazlarını bildirmək üçün bir neçə dəfə tətil və mitinq keçiriblər. İşçilər, o cümlədən fevral ayının 12-də işi buraxaraq tətil aksiyası təşkil etmişdilər.

Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinə istinadən, keçən bir neçə həftə ərzində Təbrizdə Şirin Əsəl, Şokolad İstehsalı və İtminan kimi qida sənayesi şirkətlərinin işçiləri həyat şəraiti və aşağı maaşlara etiraz olaraq miting və tətil keçiriblər.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG