Accessibility links

Bakıda Aleksey Navalnının xatirəsi yad edilib


Hüseyn Cavidin heykəli qarşsında Aleksey Navalnı anılıb (Mənbə: Sosial şəbəkə)
Hüseyn Cavidin heykəli qarşsında Aleksey Navalnı anılıb (Mənbə: Sosial şəbəkə)

Azərbaycanın paytaxtı Bakı şəhərində Rusiya müxalifətinin lideri, fevralın 16-da Rusiyanın ucqar Arktika bölgəsində koloniyada ölən Aleksey Navalnının xatirəsi anılıb.

Belə ki, fevralın 18-də naməlum şəxslər 1937-ci ildə Stalin repressiyası zamanı Sibirdəki koloniyada öldürülmüş Azərbaycan şairi Hüseyn Cavidin abidəsinin önünə çiçək dəstələri və Aleksey Navalnının foto portretini qoyublar.

Rusiya müxalifətinin lideri Aleksey Navalnının fevralın 15-də saxlanıldığı cəzaçəkmə müəssisəsində ölməsi dünyada çoxsaylı tənqidi reaksiyalara səbəb olub.

"Korrupsiyaya qarşı Mübarizə Fondu"nun rəhbəri Aleksey Navalnı Vladimir Putinin ən kəskin tənqidçisi idi. O, müxtəlif ittihamlarla 19 il müddətinə azadlıqdan məhrum edilmişdi və cəzasını Arktikada, Moskvadan 1900 kilometr şimal-şərqdə, Yamalo-Nenets Muxtar Dairəsindəki Xarp yaşayış məntəqəsində “Qütb canavarı” adlandırılan IK-3 cəzaçəkmə müəssisəsində çəkirdi.

Rusiyada Aleksey Navalnının xatirəsini yad edərkən 400-dən çox insan saxlanılıb.

ABŞ Prezidenti Co Bayden Aleksey Navalnının ölümünə görə birbaşa Rusiya prezidenti Vladimir Putini günahlandırıb.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG