Accessibility links

Kaliforniyada daşqın xəbərdarlığı yayılıb


Şimali Kaliforniyada bir sıra qış tufanlarının sonuncusu müşahidə edilib. Sinoptiklər sistem cənuba doğru hərəkət edərkən növbəti bir neçə gün ərzində mümkün daşqınlar, dolu, güclü küləklər və hətta qısamüddətli tornadolar barədə xəbərdarlıq edib.

San-Fransiskoda Milli Hava Xidməti ofisindən bildirilib ki, mülayim soyuq cəbhə bazar ertəsi səhərə qədər güclənərək daha güclü fırtınaya çevirdiyi üçün Oklend və San Xosedə küləyin sürəti 48 km/saat (30 mil) olub.

Kaliforniyanın mərkəz sahilləri “ciddi daşqın” riski altındadır. Hava xidmətinin məlumatına görə, bir çox əraziyə 12 smqədər yağış yağacağı proqnozlaşdırılır.

Santa Lucia və Santa Ynez dağ silsilələrində 25 sm (10 düym) təcrid olunmuş yağışlar ehtimalı mövcuddur. Belə ki, fırtına Los-Ancelesə doğru irəliləyir.

Sakramentodakı hava xidməti ofisi əvvəllər Twitter olan X-də xəbərdarlıq edib ki, bazar ertəsi ştat paytaxtının ətrafındakı vadilərdə tufanlar "qısa tornadolar, böyük miqdarda kiçik dolu, şiddətli yağış, şimşək və güclü küləklər" gətirə bilər.

Son qasırğanın bu ayın əvvəlində Cənubi Kaliforniya üzərində dayanan, yolları çaylara çevirən, yüzlərlə sürüşməyə və ən azı doqquz adamın ölümünə səbəb olan dağıdıcı atmosfer çayından daha sürətli keçəcəyi gözlənilir.

Sinoptiklərin dediyinə görə, bu, daşqın və elektrik kəsilməsi də daxil olmaqla, ciddi problemlər yarada biləcək qədər güclü soyuq cəbhədir.

Ştatın yuxarı və aşağı sahillərində və dağlıq ərazilərdə daşqınlara dair xəbərdarlıqlar edilib. Yağış hətta dağlarda da geniş yayılacaq, lakin Sierra Nevada boyunca təxminən 2,070 metrdən yuxarı yüksəkliklərdə bir neçə fut qar yağa bilər.

Sürücülərdən dağ yollarından çəkinmələri xahiş olunur.

Kaliforniya Qubernatorluğunun Fövqəladə Xidmətlər İdarəsi şənbə günü əməliyyat mərkəzini aktivləşdirib, işçi heyəti və avadanlıqlarını ən böyük risk altında olan ərazilərə yerləşdirib.

Forum

XS
SM
MD
LG