Accessibility links

Azərbaycanlı bloger Moskvada saxlandıqdan sonra sərbəst buraxılıb, Ermənistan onu qətldə ittiham edir


Kamil Zeynallı saxlanılması ilə bağlı izləyicilərinə video müraciət edərkən.
Kamil Zeynallı saxlanılması ilə bağlı izləyicilərinə video müraciət edərkən.

Fitnes məşqçisi və bloger Kamil Zeynallı Bakıya qayıdarkən Moskvanın Domodedovo aeroportunda saxlanılıb. O, bu barədə Bakı vaxtılə gecə saatlarında Instagram hesabında paylaşdığı video vasitəsilə məlumat verib.

"Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib və çərşənbə günü Rusiya məhkəməsi qarşısına çıxacaqlar", deyəb Zeynallı əlavə edi ki, ötən ilin mayından axtarışdadır.

"O vaxtdan üçüncü dəfədir ki Rusiyadayam, ancaq indi saxladılar. Dedilər ki, ya məni Ermənistana verəcəklər ya da onlar özləri mənə görə gələcəklər. Bizim dövlət strukturlarının dəstəyinə ümid edirəm".

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Zeynallı ilə bağlı məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altındadır.

Azərbaycanın Rusiyadakı səfirliyi bildirib ki, Kamil Zeynallı fevralın 21-də gecə Moskvanın Domodedovo Hava Limanında Ermənistanın sorğusu əsasında saxlanılıb.

“Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib. Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilib və onlar vəziyyəti yerində aydınlaşdırıblar. Hazırda diplomatik nümayəndəliyin əməkdaşları saxlanılanın yanındadır”, səfrilik bildirib.

Məlumatda deyilir ki, hazırda Azərbaycan səfirliyi Rusiya qanunvericiliyi çərçivəsində zəruri hüquqi tədbirlər görür və saxlanılanın hüquqlarının təmin edilməsi üçün bütün səyləri göstərməkdədir.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan Ermənistan mediasına bildirib ki, Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

“Göstərilən şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başladılıb”, mətbuat katibi bildirib.

Blogerin həbsindən 12 saatdan çox vaxt keçəndən sonra vəkil Ələkbər Qarayev bildirib ki, Azərbaycan hökumətinin sorğusu əsasında Rusiya humanistlik göstərərək Kamil Zeynallını azadlığa buraxıb. O bu gün Bakıya qayıdacaq.

Azərbaycan Xarici İşlər Nazirliyi də Zeynallının sərbəst buraxıldığını təsdiq edib.

Forum

XS
SM
MD
LG