Accessibility links

Rusiya AzadlıqRadiosunu “arzuolunmaz təşkilat” elan edib


Rusiya hökuməti Azad Avropa/Azadlıq Radiosunu “arzuolunmaz təşkilat” adlandırıb ki, bu da Kremlin mediaya qarşı sərt repressiyasınıb daha bir nümunəsidir.

Praqada yerləşən orqan xəbər verir ki, yeni təyinat AzadlıqRadiosunun əməkdaşlarını, donorlarını və mənbələrini cinayət məsuliyyətinə cəlb edir.

AzadlıqRadiosu Rusiya Ədliyyə Nazirliyi tərəfindən aparılan “arzuolunmaz təşkilatlar” reyestrinə əlavə olunub və bu cür etiketlənən 142-ci təşkilat olub.

AzadlıqRadiosunun prezidenti Stiven Kapus deyib ki, bu təyinat “Rusiya hökumətinin həqiqəti əks etdirən xəbərlərə ekzistensial təhlükə kimi baxmasının son nümunəsidir. Milyonlarla rus onilliklər ərzində, o cümlədən Aleksey Navalnının ölümündən sonra rekord qıran auditoriyaya arxalanıb və bizi boğmaq cəhdi yalnız AzadlıqRadiosunu Rus xalqına azad və müstəqil jurnalistika gətirmək üçün daha çox işləməyə məcbur edəcək” - deyə, Kapus bildirib.

Rusiyanın Vaşinqtondakı səfirliyi Amerikanın Səsinin şərh tələbinə hələ cavab verməyib.

Rusiyanın “arzuolunmaz təşkilat” qanunu 2015-ci ildə qəbul edilib.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, 2021-ci ildən onlarla media qurumu “arzuolunmaz” kimi etiketlənib. Onların arasında Meduza, Novaya Gazeta Europe və Bellingcat var.

Moskva illərdir AzadlıqRadiosunu hədəf alıb. 2017-ci ildə Rusiya səlahiyyətliləri xəbər agentliyini "xarici agent" adlandırıb. O vaxtdan bəri AzadlıqRadiosu qanuna əməl etmədiyinə görə ümumi məbləği 14 milyon dollardan çox olan çoxsaylı cərimələri ödəməkdən imtina edib.

Xarici agent qanunu 2012-ci ildə qüvvəyə minib və o vaxtdanbu qanundan Kremli tənqid edən qrupları və şəxsləri hədəf almaq üçün istifadə olunur.

Rusiya Amerikanın Səsini də “xarici agent” elan edib. AzadlıqRadiosunun 30-dan çox əməkdaşı da “xarici agentlər” siyahısına salınıb. AzadlıqRadiosunun jurnalisti Alsu Kurmaşeva 2023-cü ilin oktyabrından Rusiyada qondarma “xarici agent” kimi qeydiyyatdan keçməməkdə ittiham olunaraq həbs edilib.

İkili ABŞ-Rusiya vətəndaşı olan Kurmaşeva 2023-cü ilin mayında ailəsi ilə bağlı təcili olaraq Rusiyaya getmişdi. O, iyun ayında ölkəni tərk etmək istəyəndə pasportu əlindən alınıb. O, pasportunun geri qaytarılmasını gözləyərkən saxlanılıb.

Xarici agent ittihamı ilə yanaşı Kurmaşeva Rusiya ordusu haqqında yalan məlumat yaymaqda da ittiham olunur. Günahı sübuta yetirilsə, onu 15 ilə qədər həbs cəzası gözləyir.

Kurmasheva və onun işlədiyi təşkilat ona qarşı irəli sürülən ittihamları rədd edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG