Accessibility links

Qərbi Azərbaycan vilayətində bir abort mərkəzi möhürlənib, əməkdaşları həbs edilib


Qərbi Azərbaycan Vilayəti
Qərbi Azərbaycan Vilayəti

Rokna xəbər agentliyi bildirir ki, Qərbi Azərbaycan vilayətində qeyri-qanuni abort mərkəzi vilayətin polis qüvvəsinin kəşfiyyat təşkilatı tərəfindən müəyyən edilərək, möhürlənib.

Yayımlanan xəbərdə bu "qeyri-qanuni" abort mərkəzinin vilayətin hansı şəhərlərində yerləşdiyi qeyd olunmur. Bununla belə, Qərbi Azərbaycan polis komandanlığının kəşfiyyat təşkilatının məlumatına istinadən qeyd olunub ki, 53 min növ həb və qeyri-qanuni dərman aşkar edilərək, müsadirə edilib.

Xəbərlərdə bu mərkəzin əməkdaşlarının həbs olunduğu da bildirilir. Lakin bu işçilərin sayı və onların kimliyi barədə məlumat verilməyib.

Son aylarda İran mətbuatında “qeyri-qanuni abort” mərkəzlərinin bağlanması ilə bağlı xəbərlər dərc olunur. Bu mərkəzlərin abortla bağlı çox sərt məhdudiyyətlər olan İran qanunlarını pozduğunu bildirilir.

Hüquq müdafiəçiləri İranın abortla bağlı sərt qanunlarını qadınların öz bədənlərinə sahib olmaq hüquqlarının pozulması kimi qiymətləndirir və bu kimi qadağaları qadınların sağlamlığına ziyan vura biləcəyini düşünürlər.

Onların fikrincə, abort qadağası qadınları qeyri-qanuni abort mərkəzlərinə yönəldir və yeraltı və qeyri-qanuni mərkəzlərdə abortların sayını artırır, bu isə qadınların sağlamlığı və həyatı üçün təhlükə yaradır.

Forum

XS
SM
MD
LG