Accessibility links

Ərdəbil əsilli etirazçıya həbsxanadan kənar müalicəyə icazə verilmir


Tehranın Evin Həbsxanası
Tehranın Evin Həbsxanası

Evin həbsxanasında həbsdə olan siyasi məhbus, 2022-ci ilin ümummilli etirazlarında həbs edilən Səccad İmannejad Evin həbsxanasında bel diski xəstəliyindən əziyyət çəkir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, məhbusun sağlamlıq vəziyyətinin yaxşı olmadığı və bel diski əməliyyatına ehtiyac duyduğu bildirilir. Buna baxmayaraq, indiyə kimi ona həbsxanadan kənar müalicə üçün razılıq verilməyib.

HRA agentliyi məhbusun ailəsinə yaxın olan məlumatlı şəxsə istinadən yazıb ki, həbsxana rəsmiləri məhbusun bel diski əməliyyatı olmaq üçün icazə verməyə razılıq versələr də, onun ədli tibb həkiminə müraciət etməli olduğunu bildiriblər, lakin müxtəlif bəhanələrlə uzun zamandır ki, buna mane olurlar.

Bu məlumatlı şəxsin sözlərinə görə, bürokratik proses çox uzundur və həbsxananın məsul şəxsləri məhbusun sağlamlıq vəziyyətindən xəbərdar olsalar da, tibbi məzuniyyətin verilməsi prosesini sürətləndirmək üçün heç bir təsirli addım atmırlar.

Ötən il Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi 2022-ci ildə ümummilli etirazları fonunda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Ərdəbil əsilli etirazçı Səccad İmannejada 11 il həbs hökmü çıxarıb.

1991-ci il təvəllüdlü İmannejad "müharibə" ittihamına görə 10 il, "soyuq silahla qəsdən hücum" ittihamına görə isə 1 il həbsə məhkum edilib. Bundan əlavə, o, təhlükəsizlik qüvvələrindən olan 7 iddiaçıya ümumilikdə 2 milyard 700 milyon tümən təzminat (Diyə) ödəməyə məhkum edilib.

Memarlıq üzrə bakalavr dərəcəsi olan İmannejad 2022-ci ildə ümummilli etirazlarla əlaqədar həmin il oktyabrın 8-də həbs edilib və bir müddət sonra öncə Böyük Tehran Həbsxanası (Fəşafuyə) və daha sonra isə Evin həbsxanasına köçürülüb.

Forum

XS
SM
MD
LG