Accessibility links

Tramp 454 milyon dollarlıq cərimə hökmündən apellyasiya şikayəti verib


Donald Tramp Nyu-Yorkda 454 milyon dollarlıq mülki fırıldaqçılıq qərarına etiraz edərək, hakimin Trampın onu şöhrətə və prezidentliyə qovuşduran daşınmaz əmlak imperiyası qurarkən onun sərvəti barədə yalan söyləməsi ilə bağlı qənaətinə etiraz edib.

Keçmiş prezidentin vəkilləri bazar ertəsi apellyasiya şikayəti verərək, ştatın Apellyasiya Məhkəməsindən hakim Artur Enqoronun baş prokuror Letitia Ceymsin iddiası üzrə fevralın 16-da çıxardığı hökmü ləğv etməsini istəyib.

Trampın vəkilləri məhkəmə sənədlərində yazıb ki, onlar Apellyasiya Məhkəməsindən Enqoronun "qanun və/və ya faktda səhvlərə yol verib-vermədiyini" və öz mülahizəsindən və/və ya yurisdiksiyasından sui-istifadə edib-etmədiyini qərar verməsini xahiş edirlər.

Enqoron aşkar edbi ki, Tramp, onun şirkəti və yüksək səviyyəli rəhbərləri, o cümlədən oğulları Erik və Donald Tramp oğul illərlə kreditləri təmin və sövdələşmələr etmək üçün istifadə edilən maliyyə hesabatlarında sərvətlərini şişirtməklə bankları və sığortaçıları aldatmaq üçün plan qurub.

Digər cəzalar arasında hakim Trampın şirkəti olan Trump Organization-ın bizneslə məşğul olmaq imkanlarına ciddi məhdudiyyətlər qoyub.

Apellyasiya Trampın biznes təcrübələri üzərində hüquqi mübarizəsinin prezident seçkilərinin praymerizləri boyu sürə bilər və ehtimal ki, Ağ Evi geri almaq üçün Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürməsini təmin edə bilər.

Enqoronun qərarı təsdiq edilsə, bu, Trampı sərvətinin əhəmiyyətli bir hissəsindən imtina etməyə məcbur edəcək. Enqoron Trampa 355 milyon dollar cərimə ödəməsinə dair hökm çıxarıb, faiz əlavə edilməklə məbləğ 454 milyon dollara yaxınlaşıb. Bu məbləğ o ödəyənə qədər gündə təxminən 112 000 dollar artacaq.

Forum

XS
SM
MD
LG