Accessibility links

Şahdəniz 2 yatağının şərq-şimal cinahından hasilat başlanıb


"Şahdəniz" platforması
"Şahdəniz" platforması

Fevralın 13-də Şahdəniz 2 layihəsi çərçivəsində Şahdəniz yatağının şərq-şimal cinahından hasilat başlanıb. Bu ilin əvvəllərinə planlaşdırılmış bu əlamətdar hadisə tam təhlükəsiz şəkildə yerinə yetilirilib.

Bu barədə bp şirkətin fevralınn 26-da yaydığı məlumatda deyilir.

Bundan əvvəl şərq-şimal cinahında bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılıb və sistem bütövlükdə istismara təhvil verilib.

"Yenicə istismara başlamış şərq-şimal cinahında hazırda 5 quyu, iki hasilat manifoldu, ümumilikdə təqribən 30 kilometr uzunluğu olan iki yeni axın xətti və dünya səviyyəli Şahdəniz qaz və kondensat ehtiyatı layına birləşmiş bir neçə sualtı qurğu var. Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir", məlumatda qeyd edilir.

Bakıdan 70 kilometr cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub. Şahdəniz ilk dəfə olaraq Xəzər ehtiyatlarını birbaşa Avropa qaz bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz yatağı BP-nin indiyə qədər kəşf etdiyi ən böyük qaz yatağıdır. Bu nəhəng yatağın sahəsi təxminən 860 kvadrat kilometrdir. İlkin hesablamalara görə bütövlükdə Şahdəniz yatağının 1 trilyon kubmetrdən çox qaz və 2 milyard bareldən çox kondensat ehtiyatı var.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. 2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG