Accessibility links

Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb


Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb. Azərbaycan tərəfi əsgərin azaraq Ermənistan ərazisinə keçdiyni bildirib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan hərbçilərinin sərhədi keçməsi xəbərini təsdiqləyib.

“Fevralın 28-də Sünik (Gorus) rayonunun Tex icmasının sərhəd bölməsində AKM markalı avtomat və 1 ədəd patronla silahlanmış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri təmas xəttini keçib. O, Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən saxlanılıb. Hadisə ilə bağlı Ermənistanın İstintaq Komitəsi Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıb. İstintaq davam etdirilir”, məlumatda deyilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG