Accessibility links

Corciya tələbəsinin öldürülməsi ABŞ immiqrasiya debatlarının mərkəzində yer alır


Senator Coni Ernst qətl qurbanları Sara Rut və Laken Raylinin fotoşəkilləri olan plakatla
Senator Coni Ernst qətl qurbanları Sara Rut və Laken Raylinin fotoşəkilləri olan plakatla

Laken Rayli 22 yaşlı tibb bacısı tələbəsi idi. O, səhər Corciya Universitetinə tələsərkən biri onu tənha bir yerə sürüyərək öldürüb.

ABŞ-a qeyri-qanuni daxil olan və immiqrasiya işini davam etdirmək üçün qalmasına icazə verilən venesuelalının həbsi faciəni 2024-cü il prezidentlik kampaniyasının mərkəzində yer alıb.

Keçmiş prezident Donald Tramp Auqusta Universiteti tələbəsinin ölümcül döyülməsində prezident Co Bayden və onun sərhəd siyasətini günahlandırıb.

Bu, 2016-cı ildə meksikalılar "cinayət gətirir. Onlar təcavüzkardırlar. Bəziləri isə, məncə, yaxşı insanlardır" deyərək, Ağ Evə 2016-cı ildəki namizədliyini irəli sürən Tramp üçün tanış zəmindir.

Prezident kimi o, yaxınları mühacirlər tərəfindən törədilən zorakı cinayətlərin qurbanı olan ailələr üçün bir ofis yaradıb. Bayden dövründə isə tez bir zamanda söküüb. Ölkənin dağılmış immiqrasiya sistemi ilə bağlı müzakirələr Nyu York, Çikaqo və Denver də daxil olmaqla, şəhərlərdə büdcələri gərginləşdirən və bəzi demokratları parçalayan görünməmiş miqrasiya artımı fonunda əsas kampaniya problemi kimi ortaya çıxıb.

Tran miqrantların ölkənin "qanını zəhərlədiyini" deyərək, anti-immiqrant ritorikasına yer verir. Sübutlar bu iddiaları dəstəkləməsə də, o və digər Respublikaçılar miqrantların ABŞ vətəndaşlarına qarşı tez-tez cinayət törətdiyini irəli sürür.

Bayden Respublikaçıları Trampın onu qınamasından sonra ikitərəfli sərhəd təhlükəsizliyi razılaşmasına qarşı çıxdıqlarına görə tənqid edib. O, cümə axşamı Texasın sərhəd şəhəri Braunsvillə, Tramp isə Texasın digər sərhəd şəhəri İql Passa səfər edəcək.

Tramp sosial media saytında "Saxtakar Co Baydenin sərhədi IŞĞALI ölkəmizi məhv edir və vətəndaşlarımızı öldürür! Corciya Universitetində 22 yaşlı Laken Rilinin dəhşətli qətli HEÇ VAXT baş verməməli idi!"

Demokratlar daha sakit reaksiya verib bir çoxları Raylinin ölümünə görə kədərləndiyini bildirib. Bəziləri isə Trampı faciədən istifadə etməkdə və siyasi mənfəət üçün ksenofobik ritorikadan istifadə etməkdə ittiham etdilər.
Ağ Ev Raylinin ailəsinə “dərin başsağlığı” verib.

Bir çox araşdırmalar immiqrantların yerli vətəndaşlara nisbətən zorakı cinayətlərə daha az cəlb olunduğunu aşkar edib.

Milli Elmlər Akademiyasının Texas İctimai Təhlükəsizlik Departamentinin 2012-ci ildən 2018-ci ilə qədər olan məlumatlarına əsaslanaraq nəşr etdiyi bir məlumatda ABŞ-da doğulmuş sakinlərin zorakı cinayətlərə görə həbs olunma ehtimalının ölkədə qeyri-qanuni yaşayan insanlara nisbətən iki dəfədən çox olduğu bildirilir.

“Criminology” jurnalında dərc edilən məlumata görə, 1990-cı ildən 2014-cü ilə qədər bir çox məlumat mənbəyi təhlil edilərək belə nəticəyə gəlinib ki, qeyri-qanuni immiqrasiyadakı artımlar ümumiyyətlə zorakı cinayətlərinin azalması ilə müşayiət edilir və ya heç bir əhəmiyyətli korrelyasiya yoxdur.

Özəl qrup olan Milli İqtisadi Tədqiqatlar Bürosu tərəfindən keçən il nəşr olunan bir araşdırma immiqrantların 1960-cı ildən bəri ABŞ-da doğulmuş ağdərili kişilərdən daha aşağı nisbətdə həbs edildiyini göstərib.

Forum

XS
SM
MD
LG