Accessibility links

Makkonnel ABŞ Senatında Respublikaçıların lideri vəzifəsindən geri çəkilir


Fevralın 28-də ABŞ Senatında azlıqda olan Respublikaçıların lideri Mitç Makkonnel liderlik vəzifəsindən geri çəkiləcəyini elan edib. Senatda ən uzunmüddətli partiya lideri olmuş Makkonelin bu vəzifəni 17 il icra etdikdən sonra geri çəkilməsi, ABŞ konqresinin yuxarı palatasında respublikaçıkarın rəhbərliyində güc vakumu yaradır.

“Keçən həftə 82 yaşım tamam oldu. Mənim töhfələrim sonu arzuladığımdan daha yaxındır”, Makkonnel Senat zalında emosional səslə dolu çıxışında bildirib: “Ata zaman məğlubedilməz qalır. Mən artıq arxada oturan və kolleqalarımın adımı yadda saxlamaqlarına ümid edən gənc kişi deyiləm. Yeni nəsil liderliyinin vaxtı gəlib çatıb”.

Kentaki ştatından olan qanunvericinin gedişi xəbəri federal hökumət xərcləri və hökumətin qapadılmasının qarşısını almaq istiqamətində Ağ Ev və Demokratlarla aparılan danışıqlar zamanı əsas fiquru səhnədən çıxarır.

Bu ilin noyabr ayında ABŞ-da prezident seçkiləri ilə bərabər Nümayəndələr Palatasının tam heyətinin və Senatın üçdə birinin seçkiləri keçiriləcək.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG