Accessibility links

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib


Hərbi çağırışçılar hərbi hissələrə yola salınır (Mənbə: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti)
Hərbi çağırışçılar hərbi hissələrə yola salınır (Mənbə: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti)

Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilıib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatında deyilir ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78 əməkdaş, 2024-cü ilin müvafiq dövründə isə 58 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

“2023-cü ildə 15 fakt üzrə 22 nəfər, 2024-cü ildə isə 6 fakt üzrə 26 nəfər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, məlumatda qeyd edilir.

Hərbi ekspert Üzeyir Cəfərov Amerikanın Səsinə deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ciddi islahatlara və ixtisarlara ehtiyac var:

“Bu sistem əslində Sovet dönəmindən qalan hərbi komissarlıqlardır. Hərbi komissarlıq sistemi təkmilləşdirlmədi, sadəcə adı dəyişdirildi. O qurumda həddindən artıq şişirdilmiş ştatlar var. Bu ştatlar yarıyadək ixtisar edilməlidir”.

Ekspertin fikrincə, bir neçə nəfərin həbsi ilə islahat aparmaq mümkün deyil.

“Həbslər bu sistemdə çox xırda işlərdir. Keçmiş Azərbaycan rəhbərliyində təmsil olunanlar bu qurumu yaratdılar və təəssüf ki, bəzi maraqlar çərçivəsində yaratdılar. Adını yeni qurum qoydular, amma fəaliyyətində heç bir yenilik olmadı. Əvvəlki qurumda bir general, iki müavin var idisə, indi bir general-polkovnik və 5 general müavini var. Bunlar büdcənin talan edilməsi deməkdir. Bu qurumda ciddi islahatlar aparılmalıdır. Adda-budda həbslər ümumi havanı dəyişmir”, o qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG