Accessibility links

İlham Çubdar üç illik həbs cəzasını çəkmək üçün Urmiyə həbsxanasına göndərilib


İlham Çubdar (Mənbə: HRA agentliyinin Telegram kanalı)
İlham Çubdar (Mənbə: HRA agentliyinin Telegram kanalı)

Hüquq müdafiəçiləri Urmiyə sakini İlham Çubdarın daha əvvəl məhkum olduğu 3 illik həbs cəzasını çəkmək üçün şəhərin mərkəzi həbsxanasına göndərildiyinə dair məlumat yayıblar.

İranlı Lezbiyanlar və Transgenderlər Şəbəkəsi (6Rang) Çubdarın LGBT+ olduğunu bildirib.

İlham Çubdar 2022-ci ilin avqust ayında edam cəzasna məhkum olduqdan sonra beynəlxalq hüquq müdafiə qurumlarının gündəminə gəlmişdi. O, edam hökmünün ləğvindən sonra 2023 ilinin mart ayında mülki zəmanətlə sərbəst buraxılmışdı.

6Rang cümə axşamı günü yaydığı xəbərdə Çubdarın bir neçə həftə əvvəl Urmiyənin mərkəzi həbsxanasına göndərildiyini bildirib.

İlham Çubdar və LGBT fəalı olan Zəhra Sədiqi Həmədani 2021-ci ilin son günlərində İran İnqilab Qvradiyası qüvvələri tərəfindən nəzarət altına alındıqdan sonra “yer üzündə fəsad törətmək”, “homoseksuallığın təbliği”, “xristiyanlığın təbliği” və “İslam Respublikasına düşmən media ilə əlaqə” ittihamları ilə mühakimə olunmuşdular. Urmiyə İnqilab Məhkəməsi 2022-ci ilin avuqst ayında onları edam cəzasına məhkum etmişdi. Ancaq, edam cəzası 2023 ilində ləğv edilib və hər iki qadın mülki zəmanət qarşılığında sərbəst buraxılmışdılar.

6Rang şəbəkəsinin bildirdiyinə görə, Zəhra Sədiqi Həmədani hazırda Avropada mühacirətdə yaşayır.

Forum

XS
SM
MD
LG