Accessibility links

İran seçkilərində aşağı fəallıq və səsvermə prosedurlarında “qeyri-müəyyənlik” müşahidə edilib


İranın sərtxətt tərəfdarları parlament seçkilərində rekord səviyyədə aşağı fəallığın ardınca, şənbə günü paytaxt Tehranda səslərin ilkin hesablanmasında lider olub.

Rəsmilər hələlik seçkilərdə iştirak rəqəmlərini açıqlamayıb, lakin dövlətə məxsus İRNA xəbər agentliyi qeyri-rəsmi məlumatlara əsaslanaraq bunun 41% olduğunu bildirib.

Seçki məntəqələrinin bağlanmasından sonra videolar və məlumatlar göstərib ki, bir çox insan öz milli şəxsiyyət nömrələrindən səsvermə üçün istifadə edib. Bu seçkiyə qədər doğum haqqında şəhadətnamələr seçicinin şəxsiyyətini təsdiq edən sənəd kimi tələb olunurdu.

İran prezidenti İbrahim Rəisi hökumətinin sadiq tərəfdarı olan Həmşəhri qəzetinin yazdığına görə, bu tələb olmadan seçicilər öz milli şəxsiyyət nömrələrindən istifadə edib və nəticədə 25 milyon nəfərin iştirak etdiyi elan edilib.

25 milyon seçici təxminən 41% iştiraka bərabər olacaq ki, bu da minimum göstəricidir. Cümə günü keçirilən seçkilərdə seçicilərin 86%-nin şəxsiyyət vəsiqəsi, 11%-nin doğum haqqında şəhadətnamə, 3%-nin sürücülük vəsiqəsi, 1%-dən azının isə pasport və hərbi xidməti başa vurma vəsiqəsi ilə səs verdiyini bildirib.

İslam Respublikasının rəsmi mediasının yaydığı görüntülərə görə, şəxsiyyətin yoxlanılması və seçki bülletenlərinin verilməsi prosesləri əl ilə aparılıb.

Ümummilli elektron səsvermənin qeydiyyatı sistemi olmadan hakimiyyət orqanlarının müxtəlif şəxsiyyət sənədləri olan şəxslərin müxtəlif filiallar və seçki dairələri üzrə çoxsaylı səslər verə bilməməsini necə təmin edə biləcəyi qaranlıq olaraq qalır.

Sosial media istifadəçiləri tərəfindən çaşdırıcı hesab edilən statistika İslam Respublikasının vətəndaşların milli şəxsiyyət nömrələrini sistemdə qeydiyyatdan keçirərək, guya “statistik manipulyasiya” ilə məşğul olduğunu göstərir.

Forum

XS
SM
MD
LG