Accessibility links

Nikki Heyli Vaşinqtonda Respublikaçılar Partiyasının praymerizində qalib gəlib


Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparan Nikki Heyli bazar günü Vaşinqton şəhəri, Kolumbiya dairəsində Respublikaçılar Partiyasının praymerizində qalib gəlib.

Səslərin 62,9 faizi ona, 33,2 faizi isə eks-prezident Donald Trampa verilib.

Vaşinqton iyulda keçiriləcək Respublikaçıların Milli Qurultayına 19 nümayəndə göndərir.

Respublikaçılar Partiyasından prezidentliyə namizədin rəsmən irəli sürülməsi burada baş tutacaq. Nümayəndələrin ümumi sayı 2429 nəfərdir.

Tramp 2016-cı ildə Respublikaçılar partiyasından nominasiya qazansa da, Respublikaçılar arasında Kolumbiya Dairəsində sonuncu dəfə mübarizə apardığı zaman 14%-dən az səs toplayıb və heç bir nümayəndənin dəstəyini almayıb.

Keçən cümə günü Heyli Vaşinqtonda kampaniya tədbirləri keçirib. Şəhərdə Trampın kampaniyası demək olar ki, olmayıb.

Paytaxtda Demokrat Partiyasının praymerizləri iyunda keçiriləcək.

Bu arada, bazar ertəsi ABŞ Ali Məhkəməsi Donald Trampı 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumu təhrik etdiyi və dəstəklədiyi üçün konstitusiya müddəasına əsasən Kolorado ştatının seçki bülletenindən kənarlaşdıran məhkəmə qərarını ləğv edib. Bu, Trampın prezident postunu bərpa etmək kampaniyasına böyük qələbə qazandırıb.

Kolorado hakimləri Konstitusiyanın 14-cü düzəlişinə əsasən Trampın dövlət vəzifəsində çalışmasını qadağan etmişdi.

Kolorado Super Çərşənbə Axşamı günü praymerizlərin keçiriləcəyi ştatlardan biridir.

Forum

XS
SM
MD
LG