Accessibility links

Azərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur


Azərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirmə ittihamı ilə həbs edilib.

Bakının Səbail rayon Məhkəməsindən Amerikanın Səsinə bildiriblər ki, martın 6-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşı Abit Mərdanov barəsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə 4 ay həbs qəti-imkan tədbiri seşilib.

Məhkəmədən bildirblər ki, Abit Mərdanov Azərbaycan Cinayət Məcəlləsinin 214-1-ci maddəsi (Terrorçuluğu maliyyələşdirmə) ilə ittiham olunur.

Mərdanovun ittiham edildiyi cinayət işinin detalları ilə bağlı məlumat verilməyib.

Abit Mərdanovun yaxınları və vəkili ittihama hələ münasibət bildirməyib.

Forum

XS
SM
MD
LG