Accessibility links

Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiya komissiyalarının birgə iclası olub


Ermənistan və Azərbaycan sərhədi
Ermənistan və Azərbaycan sərhədi

Martın 7-də Azərbaycan və Ermənistan arasındakı sərhəddə Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb, delimitasiyası üzrə Dövlət Komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə edib.

“Tərəflər Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər. Həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər”, məlumatda qeyd edilir.

Ermənista tərəfi də eyni məzmunlu məlumat yayıb.

Dövlət Komissiyalarının bundan öncə birgə iclası yanvarın 31-də Azərbaycan və Ermənistan arasında sərhəddə baş tutub.

Forum

XS
SM
MD
LG