Accessibility links

Danışıqların dalana dirənməsində İsrail və HƏMAS bir-birini günahlandırır


İsrailin kəşfiyyat təşkilatı Mossad Qəzzada İsrail və HƏMAS arasında atəşkəs üçün danışıqların davam etdiyini bildirib.

“Vasitəçilər ilə təmaslar və əməkdaşlıq boşluqları azaltmaq və razılıq əldə etmək üçün hər zaman davam edir” - deyə, məlumatda qeyd olunub.

Müsəlmanların müqəddəs Ramazan ayında atəşkəsə ümidlərin azalmasına görə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi tərəfindən bu məlumat yayılıb.

İsrail və HƏMAS martın 10-da başlayan və bütün dünyada müsəlmanlar tərəfindən müşahidə edilən Ramazan ayı öncəsi danışıqların dalana dirənməsina görə günahlandırıblar.

HƏMAS mənbəyi Reuters agentliyinə bildirib ki, qrupun nümayəndə heyəti həftə sonu danışıqlar üçün Qahirəyə başqa səfər edəcək. Misir, ABŞ və Qətər yanvar ayından danışıqlarda vasitəçilik edir.

Hazırkı atəşkəs sazişinin layihəsinə əsasən, İsrail tərəfindən həbs edilən onlarla fələstinli müqabilində 40 girov azad ediləcək.

HƏMAS danışıqların dalana dirənməsinə görə İsraili günahlandırır və o, müharibəni bitirmək və ya qüvvələrini anklavdan çıxarmaq üçün zəmanət verməkdən imtina edir.

Netanyahu bu tələbləri “xəyalpərəstlik” adlandırıb. İsrail rəsmiləri müharibənin yalnız ABŞ, Böyük Britaniya, Aİ və digərləri tərəfindən terror qruplaşması elan edilən HƏMAS-ın məğlubiyyəti ilə başa çatacağını bildirib.

HƏMAS rəhbəri İsmayıl Haniyə şənbə günü Ramazan bayramı münasibəti ilə verdiyi açıqlamada fələstinlilərin "azadlıq və müstəqillik əldə edənə qədər" İsraillə mübarizəni davam etdirəcəklərinə söz verib.

Müharibə oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı 1200 nəfərin ölümü və 240 nəfərin girov götürülməsi ilə başlayıb. İsrail HƏMAS-ın idarə etdiyi Qəzzaya hava və quru hücumu ilə cavab verib.

Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, təxminən 31 000 adam ölüb, minlərlə insan dağıntılar altında qalıb. Heç bir tərəf mülki və döyüşçülər arasında fərq qoymur.

Qəzzanın 2,3 milyonluq əhalisinin təxminən dörddə üçü didərgin düşüb.

BMT-nin məlumatına görə, demək olar ki, bütün əhali aclıq riski altındadır.

Forum

XS
SM
MD
LG