Accessibility links

Müsavat Partiyası mediaya təzyiqlərin dayandırılmasını tələb edir


Müsavat Partiyasının üzvləri Xocalı qurbanlarını anır
Müsavat Partiyasının üzvləri Xocalı qurbanlarını anır

Martın 12-də Müsavat Partiyası Azərbaycanda baş verən son həbslərlə bağlı bəyanat yayıb. Partiya son həbsləri repressiyaların növbəti dalğası adlandırıb.

Bəyanatda deyilir, martın 6-dan başlayaraq "Toplum TV"nin və bir neçə ictimai təşkilatın ofislərində, əməkdaşların evlərində axtarışlar aparılıb:

"Toplum TVnin ofisinin möhürlənməsinin ardınca, həmin internet televiziyasının "Youtube" kanalının ələ keçirilərək bağlanması iş üzrə irəli sürülən qaçaqmalçılıq ittihamının bəhanə olduğunu, əslində, söz azadlığının hədəfə alındığını bir daha sübut edir".

Müsavat Partiyası Azərbaycan hakimiyyətindən müstəqil media orqanlarına qarşı təzyiqlərin dayandırılmasını, jurnalistlərin və şərlənərək tutulan siyasi fəalların, dərhal azadlığa buraxılmasını tələb edir.

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV"nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin "III Respublika" Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Tolpum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin "III Respublika" Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də isə "Toplum TV"nin təsisçilərindən Ələsgər Məmmədli və “III Respublika” Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs qətimkan tədbiri seçilib.

Forum

XS
SM
MD
LG