Accessibility links

Marağada əlilliyi olan sənətkar təkəmçilik nümayişi ifadə edərkən hücuma məruz qalıb


Fərhad Behruzi (X şəbəkəsində paylaşılan videodan görüntü)
Fərhad Behruzi (X şəbəkəsində paylaşılan videodan görüntü)

Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində Novruz bayramı ərəfəsində təkəmçilik nümayişi ifa edən əlilliyi olan bir sənətkarın naməlum şəxslərin hücumuna məruz qalması sosial şəbəkələrdə gündəm olub.

X şəbəkəsində Əlillər Kampaniyası adlı istifadəçi bazar ertəsi günü sənətkar Fərhad Behruzini ağlayarkən göstərən qısa bir video yayımlayıb.

Əlillər Kampaniyası yazıb ki, “fiziki və hərəkət əlilliyi oilan Fərhad Behruzi bir neçə gün öncə Novruz bayramı ərəfəsində təkəmçilik icrası ilə baharı müjdələyib və Marağalı vətəndaşları şad etmək istəyib. Ancaq, iki motosiklətlə gələn üç naməlum şəxs sənətkarın səsgücləndirici cihazını sındırıraq onu ağladıblar.”

Urmiyədə bir təkəmçilik nümayişi.
Urmiyədə bir təkəmçilik nümayişi.

İran Azərbaycanında məşhur olan təkəmçilik nümayişi adətən Novruz bayramı və bayramın ərəfəsində ifa edilir. Əllərində bir təkə (erkək keçi) kuklası dolandıraraq mahnı söyləyən Təkəmçilər baharın müjdəçisi kimi tanınırlar.

Araz News və Günaz TV kimi mənbələr əlilliyi olan marağalı sənətkarın Bəsic qüvvələrinə (İslam İnqilabı Qvardiyasının könüllü milisləri) mənsub şəxslərin hücuman məruz qaldığını yazıblar.

Əlillər Kampaniyası martın 12-də yazıb ki, “Marağa əhalisi sənətkara səsgücləndirici alıblar və o, yenidən fəaliyyətə başlayıb.”

Forum

XS
SM
MD
LG