Accessibility links

Qərbi Azərbaycan vilayətində məhkəmə iki jurnalistin öldüyü avtobus qəzasında yalnız sürücünü təqsirli bilib


Reyhanə Yasini və Məhşad Kərimi
Reyhanə Yasini və Məhşad Kərimi

2021-ci ilin iyun ayında Urmiyə Gölünü Canlandırma Mərkəzinin fəaliyyətlərini izləməyə gedən jurnalistləri daşıyan avtobusun aşması nəticəsində iki jurnalist həyatını itirmişdi. İran mətbuatının bildiridyinə görə, bu işdə təqsirləndirilən bütün dövlət qurumlarının məsullarına bəraət verilib.

İSNA agentliyinə istinadən, hadisədə həyatını itirən jurnalistlər Məhşad Kərimi və Reyhanə Yasini ailəsinin vəkili Sübhan Nəcəfquluyan olayla əlaqədar sadəcə avtobus sürücüsünün təqsirli olduğuna dair qərar çıxarıdığını bildirib.

Urmiyəli vəkil deyib ki, “məhkəmə Urmiyə Gölünü Canlandırma Mərkəzinin məsulları, eləcə də Qərbi Azərbaycan vilayəti ətraf mühit baş idarəsinin müdiri Mehran Nəzəri və Urmiyə ətraf mühit idarəsinin sabiq müdiri Muxtar Xaninin təqsirkar olmadığına dair qərar çıxarıb.”

Vəkil qərara etiraz edəcəklərini deyib.

Məhkəmənin təqsirli bildiyi avtobus sürücüsü yarı-rəsmi İSNA agentliyinin müxbiri Məhşad Kərimi və dövlət agentliyinin müxbiri Reyhanə Yasininin ailəsi, həmçinin yaralılara diyə-təzminat ödəmək cəzası və 6 aylıq həbs cəzasına məhkum edilib.

Hadisədə həyatını itirən jurnalistlərin ailələri bəzi dövlət qurumlarının müdirlərinin hadisənin baş verməsində əsas səbəbkar olduqlarını önə çəkiblər.

Avtobus qəzasının baş verməsindən bir neçə ay sonra Qərbi Azərbaycan vilayətində məhkəmə rəsmiləri də ilkin raşdırmalardan sonra bəzi dövlət məsullarının səhlənkarlıq göstərdiyini qeyd etmişdilər.

2021-ci ilin iyun ayında bir qrup ətraf mühit jurnalisti Urmiyə Gölünü Canlandırma Mərkəzinin dəvəti və koordinasiyası ilə bölgəyə səfər etmişdilər. Jurnalistləri daşıyan avtobus qəza keçirməsi üzündən iki jurnalist həyatını itirib, bir neçə nəfər isə yaralanmışdı.

Forum

XS
SM
MD
LG