Accessibility links

ABŞ rəsmisi: Birləşmiş Ştatlar nüvə doktrinasına düzəliş etməyəcək


ABŞ administrasiyasının rəsmisi bildirib ki, Vladimir Putinin nüvə silahı ilə bağlı yeni bəyanatlarından sonra Birləşmiş Ştatlar nüvə doktrinasına düzəliş etməyəcək.

Bəyanatda vurğulanır ki, Vaşinqton bu bəyanatlardan sonra Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmür. Administrasiya rəsmisinin sözlərinə görə, Putin görünür, Rusiyanın nüvə doktrinasını təkrarlayır, ona əsasən, Rusiya Federasiyası suverenliyinə təhlükə yaransa, nüvə silahından istifadə edə bilər.

“Biz öz nüvə strategiyamızı dəyişmək üçün heç bir səbəb nə də Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmürük”, - bəyanatda deyilir.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienn Uatson Rusiyanın "nüvə ritorikası bu münaqişə boyu ehtiyatsız və məsuliyyətsizlik olaraq qalır" deyib.

"Rusiya təxribat və əsaslandırma olmadan Ukraynanı vəhşicəsinə işğal edib və biz Ukraynanı dəstəkləməyə davam edəcəyik, çünki o, öz xalqını və suveren ərazisini Rusiyanın təcavüzündən qoruyur", -Uatson bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG