Accessibility links

Siyasi fəal Səid Minayi Tehran həbsxanasından zəmanətlə sərbəst buraxılıb


Səid Minayi, yazar və siyasi fəal (Mənbə: AZOH qrupunun Instagram səhifəsi)
Səid Minayi, yazar və siyasi fəal (Mənbə: AZOH qrupunun Instagram səhifəsi)

Yazar və siyasi fəal Səid Minayinin təqribən beş həftə həbsdən sonra Tehranın Evin həbsxanasından müvəqqəti olaraq sərbəst buraxıldığı bildirilir.

Araz News xəbər saytı və Azərbaycan Öyrənci Hərəkəti (AZOH) kimi mənbələrin yazdığına görə, “türk fəal məhkəmə prosesi tamamlanana qədər 700 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılıb.”

Əslən Şərqi Azərbaycan vilayətindən olan yazar, siyasi fəal və tənqidi şərhçi Səid Minayi, hüquq müdafiəçilərinin bildirdiyinə görə, fevral ayının 6-da Rəşt şəhərində nəzarət altına alınmışdı. O, təqribən 5 həftə əvvəl İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınıb və Tehranın Evin həbsxanasına göndərilən türk fəallardan biridir.

O, həbs edildikdən sonra təxminən bir aya yaxın Evin həbsxanasının kəşfiyyat qurumunun nəzarətindəki 209-cu bölməsində sorğu-sual edilib və daha sonra həbsxananın ümumi bölməsinə köçürülüb.

Minayi keçmişdə də sosial şəbəkələrdə məqalə və video formasında paylaşdığı tənqidi şərhləri ilə əlaqədar təhlükəsizlik qüvvələrinin təhdid və təzyiqlərinə məruz qalıb.

Hüquq müdafiəçilərinin məlumatına görə, fevral ayının 5, 6 və 7-də Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Gilan, Əlburz və Tehran vilayətlərində bir çox türk fəal, o cümlədən Səid Minayi, Murtəza Pərvin, Ayaz Seyfxah, Səid Camalzadə, Bağır Hacızadə, Araz Əman, Salar Tahir Afşar, Vədud Əsədi, bdullah Vahidi, Kəmal Nuri, Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Aydın Məhəmmədi, Kərəm Mərdanə və Səid Dustan nəzarət altına alınıblar. Saxlanılan fəalların çoxu daha sonra ailələrinə zəng edərək Tehranın Evin Həbsxanasına köçürüldüklərini bildiriblər. Bəzi fəallar keçən həftələrdə mülki zəmanət qarşılığında sərbəst buraxılıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG