Accessibility links

Təbriz sakini Əli Zühdinin həbs edildiyi bildirilir


Ali Zühdi (Mənbə: Günaz TV saytı)
Ali Zühdi (Mənbə: Günaz TV saytı)

Hüquq müdafiəçiləri Təbriz sakini Əli Zühdinin naməlum səbəblərə görə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığını bildiriblər.

Siyasi və Mədəni Məhbusları Müdfiə Kampaniyasının veb səhifəsində yayılan məlumata görə, “Zühdi mart ayının 10-da ailəsinin xəbəri olmadan saxlanılıb. Ailə üzvləri ancaq onun telefon edib və dərmanlarını istədiyi zaman saxlanıldığını öyrəniblər.”

Hüquq müdafiə qurumu Zühdinin hansı səbəblərə görə və harada saxlanıldığına dair məlumat olmadığını yazıb. Güney Azərbaycan Televiziyasının (Günaz TV) saytında isə yazılıb ki, “Zühdinin sosial mediada tənqidi paylaşımlarına görə nəzarət altına alındığı ehtimal edilir.”

Günaz TV-nın xəbərində eyni zamanda onun tələbə hərəkatı fəallarından olduğu qeyd edilib.

“Əli Zühdi ürək xəstəliyindən əziyyət çəkir və tibbi yardım, eləcə də özəl dərmanlara ehtiyacı var. Onun özbaşına həbsi və ailəsinin xəbərsiz olması cənab Zühdinin səhhəti və saxlanma şəraiti ilə bağlı narahatlıqlar yaradır,” Siyasi və Mədəni Məhbusları Müdfiə Kampaniyası bildirib.

Forum

XS
SM
MD
LG