Accessibility links

Azərbaycanda adam oğurluğunda günahlandırılan Pakistan vətəndaşının saxlanıldığı bildirilir


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX)

Azərbaycan ərazisində adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşının saxlanıldığı bildirilir.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətinin məlumatında deyilir ki, Pakistan vətəndaşı Ullah Naeem Xan Navvab digərləri ilə cinayət əlaqəsinə girib qabaqcadan sövdələşməklə, həmin ölkənin vətəndaşı Şeraz Muhammad Afzal Muhammadı Kanada dövlətinə getməsi üçün vizasının təsdiq edilməsi adı altında aldadaraq Azərbaycana gəlməsinə nail olub.

“Mütəşəkkil cinayətkar dəstə üzvlərinin əvvəlcədən əldə etdikləri razılıq əsasında kirayəyə götürdükləri Qəbələ rayonunun Vəndam qəsəbəsində (Bakıdan 216 kilometr qərb) yerləşən evə aparıb, qollarını və ayaqlarını bağlayaraq orada saxlayıb, azad edilməsi müqabilində onun Pakistanda olan yaxın qohumlarından külli miqdarda pul vəsaiti tələb edib. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları cinayət əməllərini törədən şəxsləri Qəbələ rayonunun Vəndam qəsəbəsindəki evdə cinayət başında saxlayıb, Şeraz Muhammad Afzal Muhammad isə azad edib,” mətbuat xidməti bildirir.

Həbs olunan Ullah Naeem Xan Navvab və digərləri barəsində Azərbaycan Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) maddələri ilə cinayət işi başlanılıb.

DTX Pakistan vətəndaşının azad edilməsi və digər Pakistan vətəndaşının həbs edildiyini əks etdirən əməliyyat çəkilişi də yayıb.

Öz növbəsində saxlanılan və azad edilən Pakistan vətəndaşlarının yaxınları və vəkilləri hələ DTX-nin məlumatına münasibət bildirməyib.

DTX-nin məlumatı ilə bağlı Amerikanın Səsinin sorğusuna Pakistanın Azərbaycandakı səfirliyi də hələ cavab verməyib.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG