Accessibility links

İranda Xələc türkcəsi milli irs siyahısında qeydə alınıb


İranın Mərkəzi vilayəti
İranın Mərkəzi vilayəti

İranın Mərkəzi vilayətində istifadə olunan Xələc türkcəsi ölkənin qeyri-maddi milli irs siyahısında qeydə alınıb.

Bu barədə dövlətin rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Mərkəzi vilayətinin Mədəni İrs İdarəsinin müavini Hüseyn Mahmudi Xələc türkcəsində danışanların sayının çox olmadığını və onun ciddi təhlükə altında olduğunu bildirib.

Rəsmi müvafiq idarənin bu dilin yoxa çıxmasının qarşısını almaq planlarının olub-olmadığı barədə məlumat verməyib. Lakin o bildirib ki, həmin dilə aid "ata sözləri, yerli şeirlər və tapmacalar da daxil olmaqla, Xələc türkcəsinin şifahi ədəbiyyatının milli irs siyahısında qeydə alınması bu milli və mədəni varlığın saxlanıb qorunmasına kömək edə bilər."

Mahmudi həmçinin bildirib ki, Xələc türkcəsi Mərkəzi vilayətində Təlxab şəhərində və Fərahan, Aştiyan, Təfriş və Ərak şəhərlərinin bəzi kəndlərində danışılır.

Hazırda İranın mərkəzi bölgəsində az sayda insan tərəfindən istifadə olunan Xələc dili türk dilinin ən qədim ləhcələrindən biridir.

Bu dili qorumaq və saxlamaq üçün fəaliyyət göstərən Cəmrasi, 2019-cu ildə İran mediasından biri ilə söhbətində İranda bu dildə danışanların sayının 19 min nəfər olduğunu bildirmişdi. Onun sözlərinə görə, 50 il əvvəl bu dildə danışan insanların sayı 42 min olub. Cəmrasi həmin müsahibəsində Xələc türkcəsinin nəsli kəsilməkdə olan dillər arasında olduğunu bəyan etmişdi.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG