Accessibility links

ABŞ rəsmisi Bakıda Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin aspektlərini müzakirə edib


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb (foto: XİN)
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb (foto: XİN)

Martın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və perspektivləri, regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı və Berlində keçirilmiş görüşlərdən irəli gələn məsələlər, Azərbaycanın sülh prosesində gözləntiləri, proses çərçivəsində açıq qalan məsələlər üzrə ölkələrin mövqeyini diqqətə çatdırıb. Azərbaycanın sülh prosesinə sadiqliyi qeyd olunub.

Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Amerikanın Səsinə bildiriblər ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfəri zamanı Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə olunması üzrə səyləri müzakirə etmək üçün Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.

Eyni zamanda ötən həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkədə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər Cənubi Qafqazda təhlükəsizlik məsələlərini, eyni zamanda, Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib.

Xüsusən, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, o cümlədən sülh müqaviləsinə toxunulub.

Görüşdə Mirzoyan Bononu son vəziyyətlə tanış edib, Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasına və sərhədlərin Alma-Atı Bəyannaməsi əsasında delimitasiyasına sadiqliyini vurğulayıb. Regional kommunikasiyaların açılmasına gəlincə, Mirzoyan Yerevanın bunun suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipləri əsasında baş verməli olduğu haqqında mövqeyini təkrar edib, Ermənistan XİN-in məlumatında deyilir.

Lui Bono Ermənistana sonuncu dəfə bu ilin yanvar ayında səfər edib.

Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də NATO Baş katibi Yens Stoltenberqlə görüşdən sonra bildirib ki, Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG