Accessibility links

Blinken Seula səfər etdiyi vaxt Şimali Koreya ballistik raketlər atıb


ABŞ Dövlət katibi Antoni Blinken prezident Yun Suk Yeolun demokratiyanın inkişafı mövzusunda ev sahibliyi etdiyi konfrans üçün Seula səfər etdiyi bir vaxt Şimali Koreya bazar ertəsi iki ay ərzində ilk dəfə dənizə qısamənzilli ballistik raketlər atıb.

Cənubi Koreya ordusu bildirib ki, raketlər Şimali Koreyanın paytaxtı Pxenyandan səhər saat 7:44-8:22 arasında atıldıqdan sonra şərq sahillərində təxminən 300 kilometr uçub. Ordu bunu “açıq-aşkar təxribat” kimi pisləyib və bununla bağlı ABŞ və Yaponiya ilə məlumat paylaşdığını bildirib.

Yaponiya Müdafiə Nazirliyi üç raketin buraxıldığını və maksimum 50 kilometr hündürlüklə təxminən 350 kilometr məsafə qət etdiyini bildirib. Yaponiyanın Baş naziri Fumio Kişida ölkəsinin sahil mühafizəsinin də ballistik raket kimi görünən bir raketin atıldığını bildirməsindən sonra buraxılışları pisləyib və onun uçuşunu artıq bitirdiyini bildirib. Yaponiya daha sonra Şimal tərəfindən ikinci ballistik raket buraxılışını aşkar etdiyini və hər ikisinin eksklüziv iqtisadi zona ərazisindən kənara düşdüyünü bildirib.

Şimali Koreya ordusu son həftələrdə adi silahlardan istifadə edərək təlimlər keçirir və bu təlimlərə çox vaxt ölkənin təcrid olunmuş lideri Kim Çn İn nəzarət edir. Pxenyanın güc nümayişi keçən cümə axşamı Cənubi Koreya və ABŞ hərbçilərinin 10 günlük genişmiqyaslı illik birgə hərbi təlimləri başa vurduqdan dərhal sonra baş verib.

Bazar günü Cənubi Koreya ordusu Şimali Koreya ilə dəniz sərhədi yaxınlığındakı qərb adalarını gücləndirmək üçün əsgər sayını artırmaq məqsədi daşıyan təlimlərdə dəniz piyadaları, hücum helikopterləri və amfibiya hücum maşınlarını da səfərbər edib.

Şimal adaları 2010-cu ildə atəşə tutub.

Blinken bazar ertəsi işinə başlayan Demokratiya Sammitində iştirak edən dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli rəsmilər arasındadır. O, cənubi koreyalı həmkarı, xarici işlər naziri Ço Tae-yul ilə də görüşəcək.

Sammit ABŞ prezidenti Co Baydenin təşəbbüsüdür və onun məqsədi bütün dünyada demokratik geriləmənin qarşısının alınması və hüquq və azadlıqların müdafiəsi yollarını müzakirə etməkdir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG