Accessibility links

Ərzaq təhlükəsizliyi mütəxəssisləri Qəzzanın şimalında aclığın qaçılmaz olduğu barədə xəbərdarlıq edir


Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi ərzaq təhlükəsizliyi hesabatına görə, Qəzza zolağının şimalında mart-may ayları arasında aclıq qaçılmazdır və Qəzzanın qalan əhalisi aclıq və daha pis böhran səviyyələri ilə üzləşir.

BMT-nin Baş katibi Antonio Quterreş bazar ertəsi jurnalistlərə bildirib ki, "Qəzzada bütün fələstinlilərin yarısından çoxu - 1,1 milyon insan ərzaq ehtiyatlarını tamamilə tükəndirib və fəlakətli aclıqla üzləşib. Bu, İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Təsnifatı (IPC) sistemi tərəfindən indiyə qədər qeydə alınmış fəlakətli aclıqla üzləşən insanların ən yüksək göstəricisidir”.

BMT-nin dəstəklədiyi IPC hesabatında deyilir ki, yaxın həftələrdə hər an aclıq baş verə bilər və Qəzzanın şimalında təxminən 210 min insan ən fəlakətli təhlükə ilə üz-üzədir. Ekspertlər döyüşlərdən qaçan təxminən 1,5 milyon fələstinlinin Deyr əl-Balah, Xan Yunis və Rəfah əyalətlərinin cənubunda aclıqdan bir addım uzaqda olduqlarını bildirir.

IPC hesabatında deyilir: "Ən pis ssenaridə bu əyalətlər 2024-cü ilin iyul ayına qədər aclıq riski ilə üzləşəcəklər".

IPC təxminən 18 müxtəlif BMT və qeyri-BMT-dən agentliklərdən ibarətdir. Agentliklər dekabr ayında həyəcan təbili çalaraq bildirib ki, döyüşlər dayandırılmadan və davamlı humanitar yardım olmadan mayın sonuna qədər aclıq baş verə bilər.

Ümumdünya Ərzaq Proqramının (WFP) baş iqtisadçısı Arif Hüseyn video-brifinqdə jurnalistlərə bildirib ki, “Biz aclıq baş verməmişdən, aclıq elan edilməmişdən əvvəl hərəkətə keçməliyik. Qəzzanın şimalında pəncərə çox sürətlə bağlanır. Bu aclığı dayandırmaq üçün hər hansı bir şansımız olmaq istəyiriksə, indi içəri girməliyik".

Həm BMT-nin baş katibi Quterreş, həm də bir çox humanitar qruplar Qəzzaya əhəmiyyətli dərəcədə davamlı yardım üçün humanitar atəşkəs çağırışlarını təkrarlayıb.

Ümumdünya Ərzaq Proqramı bildirib ki, bazar günü axşam şimalda Qəzza şəhərinə yeni açılan yol dəhlizi ilə 18 qida maşını daxil olub, lakin bu, lehtiyacı qarşılamır.

BMT-nin humanitar məsələlər üzrə rəhbəri Martin Qriffits beynəlxalq ictimaiyyət “bunu dayandıra bilmədiyi üçün utanc içində başını aşağı salmalı” lazım olduğunu deyib və əlavə edib ki, Qəzzaya ərzaq və digər həyati yardımlar “sel kimi” axıdılmalıdır.

İsrail beynəlxalq hüquqa uyğun olaraq quru, hava və dənizdən Qəzzaya humanitar yardımın daxil olmasını asanlaşdırdığını və Qəzzaya daxil ola biləcək qida miqdarını məhdudlaşdırmadığını bildirir.

İsrail BMT-ni və onun tərəfdaş qurumlarını ərazi daxilində yardımları kifayət qədər sürətlə yaymamaqda günahlandırır.

Oktyabrın 7-də HƏMAS-ın İsrail daxilində terror hücumu və İsrailin Qəzzada əks-hücumuna başlamazdan əvvəl, BMT-nin hesablamasına görə, ərazi əhalisinin 1%-i kəskin qida çatışmazlığı yaşayırdı. Lakin hesabatda bu rəqəmin yanvar ayında 9,1%-ə, fevralda isə 16,5%-ə qədər artdığı, əhalinin təxminən 30%-ni təşkil edən iki yaşından kiçik uşaqların daha çox təsirləndiyi bildirilir.

Forum

XS
SM
MD
LG