Bazar ertəsi Birləşmiş Ştatlar və Yaponiya BMT-nin Təhlükəsizlik Şurasına dövlətlərin fəzaya nüvə silahı yerləşdirilməsini qadağan edən müqaviləyə əməl etməli olduqlarını vurğulayan qətnamə təklif edib. Burada əsasən Rusiya nəzərdə tutulur.
“Vaşinqton hesab edir ki, Moskva fəzada yerləşdiriləcək peyk əleyhinə nüvə silahı hazırlayır və onun partlayışı hərbi rabitədən tutmuş telefona əsaslanan taksi xidmətlərinə qədər hər şeyi pozaraq fəlakətə səbəb ola bilər”, məsələ ilə tanış olan mənbə bildirib.
1967-ci il Fəza Müqaviləsinin iştirakçısı olan Rusiya, "yer kürəsinin ətrafında nüvə silahı və ya hər hansı digər növ kütləvi qırğın silahı daşıyan hər hansı bir obyektin orbitə çıxarılmasına" mane olan tərəfdir, daha əvvəl fəzaya nüvə silahının yerləşdirilməsinin əleyhinə olduğunu bildirmişdi.
Rusiyanın müdafiə naziri onun belə bir silah hazırladığını nikar edib. Nüvə silahının orbitdə yerləşdirilməsi müqavilə ilə qadağandırsa, onu inkişaf etdirmək qadağan deyil.
Reuters tərəfindən görülən qətnamədə müharibədə nüvə silahından istifadə edən yeganə dövlət olan ABŞ və nüvə silahı ilə hücuma məruz qalan yeganə ölkə Yaponiya müqaviləyə bağlı olan ölkələri bu kimi silahları fəzaya yerləşdirməməyə və inkişaf etdirməməyə çağırıb.
Rusiyanın mümkün inkişafı ilə bağlı hesabatlar Respublikaçı qanunvericinin fevralın 14-də “milli təhlükəsizliyə ciddi təhdid” xəbərdarlığı ilə bağlı sirli bəyanatından sonra yayılıb.
Vaşinqtonun Moskvanın bu cür silah üzərində iş aparması qənaətində olmasının ən aydın ictimai əlaməti Ağ Ev sözçüsünün 15 fevraldakı şərhi olub.
Həmin şərhdə açıqlanıb ki, qanunvericinin məktubu Rusiyanın fəzaya yerləşəcək anti-peyk silahı inkişaf etdirməsi, lakin bunu hələ işə salmaması ilə əlaqədar olub. Bu cür silah Geniş Fəza Müqaviləsini pozmuş olardı.
Forum