Accessibility links

ABŞ Konqresinin liderləri məsrəf razılaşmasının əldə edildiyini deyir


Çərşənbə axşamı ABŞ Konqresinin aparıcı Respublikaçı və Demokratları hökumətin oktyabr ayında başlayan maliyyə ilinin qalan hissəsinin maliyyələşdirilməsi üçün razılığa gəldiklərini bildirərək, bununla həftə sonu hökumətin bağlanması üçün son möhlətdən əvvəl razılığı təsdiqləmək üçün prosesə başlayırlar.

ABŞ-Meksika sərhədində miqrant axınının artması Demokrat prezident Co Bayden və onun Respublikaçı sələfi Donald Tramp arasında yenidən seçilmək üçün mübarizədə əsas problemə çevrildiyindən son çəkişməli məqam Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi olub.

Nümayəndələr Palatasının Respublikaçı spikeri Mayk Conson və Demokratların Senatdakı çoxluq lideri Çak Şumer çərşənbə axşamı bəyanat verib. Qanunvericilərin səsverməsinə qədər yekunlaşmalı olan razılığın faktiki qanunvericilik mətni hələ də tamamlanmaq üzrədir.

Nümayəndələr Palatasının hazırkı qaydaları tələb edir ki, qanunvericilərə qanunu müzakirəyə çıxarmazdan əvvəl üç gün vaxt verilsin. Paketin sentyabrın 30-da başa çatacaq maliyyə ili üçün təxminən 1,66 trilyon ABŞ dollarının hökumət xərclərinin təxminən dörddə üçünü əhatə edəcəyi gözlənilir. Bu, ABŞ ordusu, nəqliyyat, mənzil və ərzaq təhlükəsizliyi funksiyalarını əhatə edir. Lakin ölkənin 34,5 trilyon dollarlıq dövlət borcu artmaqda davam etdikcə qarşıda daha çox mübahisələr gözlənilir.

Bayden və Nümayəndələr Palatasının Respublikaçıları bu ayın əvvəlində kəskin ziddiyyətli prioritetlər təklif edən növbəti maliyyə ili üçün təklif olunan büdcələri tərtib etdilər.

Conson indiyədək Ukraynaya Rusiyaya qarşı müharibədə təcili ehtiyac duyulduğu deyilən 95 milyard dollarlıq xarici təhlükəsizlik yardım paketini səsverməyə çıxarmaqdan imtina edib.

Tədbir Senat tərəfindən iki partiyanın dəstəyi ilə təsdiqlənib və üzvlərə səs vermək şansı verildiyi təqdirdə yardmın palatada əhəmiyyətli dəstək əldə edəcəyi düşünülür.

Forum

XS
SM
MD
LG