Accessibility links

ABŞ üçün təhlükələr siyahısında Rusiya deyil, Çin birinci yerdədir


Pentaqon rəsmisinin sözlərinə görə, ABŞ-ın yüksək səviyyəli rəsmiləri tərəfindən ABŞ üçün təhlükə kimi təsvir edilən Rusiyanın Ukraynadakı müharibəsi Amerikanın təhlükəsizliyinə uzunmüddətli təhdid baxımından hələ də Çindən arxadadır.

Müdafiə Nazirliyinin Hind-Sakit Okean regionunda təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Ratnerin xəbərdarlığı Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin Hind-Sakit Okean regionunda təhlükəsizlik problemlərinə dair çərşənbə günü dinləmələr üçün hazırlanmış çıxışında yer alır.

Amerikanın Səsinin əldə etdiyi açılış bəyanatına görə, Ratner qanunvericilərə deyəcək: “ÇXR [Çin Xalq Respublikası] milli təhlükəsizliyimizə əhatəli və ciddi problem olmaqda davam edir. ÇXR Hind-Sakit Okean regionunda hökmranlıq etmək və Birləşmiş Ştatları sıxışdırmaq iradəsi və qabiliyyətinə malik yeganə ölkə olaraq qalır. ÇXR Tayvan boğazında getdikcə daha çox məcburedici fəaliyyətlə revizionist məqsədlərini həyata keçirir. Cənub və Şərqi Çin dənizləri, Hindistanla Faktiki Nəzarət Xətti boyunca və ondan kənarda”.

Bu, Ratnerin Pekinin artan təhlükəsi ilə bağlı ilk çıxışı deyil. Oktyabr ayında o, Şərqi və Cənubi Çin dənizlərində riskli davranışda "kəskin artım" kimi xarakterizə etdiyi hərəkətlərə görə Çin ordusuna xəbərdarlıq edibı. Ratne rbildirib ki, Çin liderləri "məcburiyyət aləti olaraq AXC-yə [Xalq Azadlıq Ordusuna] daha çox müraciət edir".

Çin bu iddialara cavab olaraq ABŞ-ı təhdidi “şişirtmək” ittiham edib.

Çərşənbə axşamı ABŞ-ın müdafiə naziri Lloyd Austin Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsini vurğulayaraq, özünəməxsus xəbərdarlıq edib.

Austin Almaniyanın Ramşteyn şəhərində Ukrayna Müdafiə Əlaqələri Qrupunun iclasında deyib: "Birləşmiş Ştatlar Ukraynanın yanındadır, çünki bu, düzgün addımdır. Biz həm də öz təhlükəsizliyimizə çox vacib olduğu üçün Ukraynanın yanındayıq. Birləşmiş Ştatlar təcavüz və avtokratiyanın yürüdüyü, tiranların cəsarətləndiyi və diktatorların demokratiyanı xəritədən silə biləcəklərini düşündükləri bir dünyada ciddi yeni təhlükələrlə üzləşəcək".

ABŞ kəşfiyyat rəsmiləri bu yaxınlarda Rusiya və Çindən gələn təhdidlərin bir-birinə bağlı olduğunu və Rusiyanın müharibəsinin Çin rəhbərliyini cəsarətləndirməyə xidmət etdiyini iddia edib.

Milli Kəşfiyyatın direktoru Avril Haines bu ayın əvvəlində millət vəkillərinə bildirib ki, Pekin Rusiyanın Ukraynadakı müharibəsinə dəstək müqabilində Moskvadan çoxdan gözlənilən güzəştlər ala bilib.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns isə bildirib ki, Rusiyanın Ukraynadakı uğuru “Tayvandan Cənubi Çin dənizinə qədər gözlənilməz vəziyyətlərdə Çin rəhbərliyinin ambisiyalarını gücləndirə bilər”.

Forum

XS
SM
MD
LG