Accessibility links

Azərbaycanda zabitin odlu silahla özünü öldürdüyü bildirilir


Müdafiə Nazirliyinin zabiti Şəhriyar Musayevin odlu silahdan istifadə edərək özünü öldürdüyü bildirilir.

Azərbaycan Hərbi Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, fakt üzrə Füzuli Hərbi Prokurorluqda cinayət işi başlanılıb.

Prolurorluq və Müdafiə Nazirliyi zabitin özünü öldürməsinin səbəbləri ilə bağlı məlumat verməyib. Həmçinin zabitin yaxınları da ölümün səbəbləri ilə bağlı hələ açıqlama verməyib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute) hesabatına görə, 2023-cü il ərzində Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda azı 260 hərbi qulluqçu həyatını itirib. Onlardan 212 nəfəri döyüş, 48 nəfəri qeyri-döyüş itkiləri sayılır. İnstitutun məlumatına görə, ötən il 20 hərbçi intihar edib.

Forum

XS
SM
MD
LG