Accessibility links

Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü gözlənilir


Sahibə Qafarova
Sahibə Qafarova

Martın 22-də Cenevrədə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın görüşünün olacağı bildirilir.

Bu barədə Armenpress xəbər agentliyi Ermənistan Milli Assambleya sədrinin mətbuat katibi Nelli Qulyana istinadən xəbər yayıb.

Azərbaycan Milli Məclisindən xəbəri Amerikanın Səsinə təkzib etməyiblər.

Görüş baş tutarsa, iki ölkənin parlament sədrlərinin ilk görüşü olacaq.

Xatırladaq ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında iştirak etmək üçün martın 22-dən 25-dək Cenevrədə səfərdə olacaq.

Forum

XS
SM
MD
LG