Accessibility links

Marağada siyasi məhbus Muxtar İbrahimi məzuniyyətə buraxılıb


Muxtar İbrahimi (Şəkil Araz News Telegram kanalından götürülüb.)
Muxtar İbrahimi (Şəkil Araz News Telegram kanalından götürülüb.)

Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində bir illik həbs cəzasını çəkməkdə olan siyasi fəal Muxtar İbrahiminin məzuniyyətə buraxıldığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi bu barədə xəbər yayıb. Milli fəalın məzuniyyət müddəti ilə bağlı məlumat verilməyib.

Hüquq müdafiəçiləri keçən həftələrdə İbrahiminin səhhətinin yaxşı olmadığı və həbsxanada ikən lazımi tibbi yardımdan məhrum olduğuna dair məlumat yaymışdılar.

O, yanvar ayının 22-də daha əvvəl məhkum olduğu bir illik həbs cəzasını çəkmək üçün Marağa həbsxanasına göndərilmişdi. HRA agentliyi və Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) kimi mənbələrə əsasən, siyasi məhbus ciddi böyrək problemi yaşayır və ixtisaslaşmış tibbi yardıma ehtiyacı var.

Muxtar İbrahimi “İslam Respublikası nizamına qarşı təbliğat” fəaliyyəti göstərmək ittihamı ilə bir il həbs cəzasına məhkum olunub. O, keçmiş illərdə də göstərdiyi mədəni və siyasi fəaliyyətlər səbəbilə dəfələrlə nəzarət altına alınaraq həbs və mühakimə olunub.

Forum

XS
SM
MD
LG