Rusiyada üçü uşaq olmaqla 137-dən çox adamın ölümü, 180-dən çox insanın yaralanması ilə nəticələnən Moskvaətrafı konsert zalında törədilən terror aktından iki gün sonra bazar günü matəm elan edilib.
Xilasetmə qrupları yanan binada sağ qalanların araşdırışını davam etdirır.
Rusiyanın Səhiyyə Nazirliyi bildirib ki, yüzlərlə insan Moskvada qan və plazma vermək üçün növbəyə dayanıb.
Cümə günü həyata keçirilən hücum islamçı silahlıların yüzlərlə uşaq da daxil olmaqla, 1000-dən çox insanı girov götürdüyü 2004-cü ildə Beslan məktəbi mühasirəsindən sonra Rusiya ərazisindəki ən qanlı hücum olub.
Prezident Putin deyib ki, rəsmilər onlarla nəfərin xəsarət alması və binanın xarabalığa çevrilməsi ilə nəticələnən hücumla əlaqədar ümumilikdə 11 nəfəri saxlayıb. Putin xalqa müraciətində bunu “qanlı, barbar terror aktı” adlandırıb və deyib ki, hücumda birbaşa iştirak edən dörd nəfər saxlanılıb. O, onların sərhəddən Ukraynaya keçməyə çalışdıqlarını və Ukraynanın da onların qaçmalarına yardım etmək üçün “pəncərə” yaratmağa çalışdığını deyib.
İŞİD-in Əfqanıstan qolu Aamaq xəbər agentliyində paylaşdığı bəyanatında Krasnoqorskda “xristianların” böyük yığıncağına hücum etdiyini bildirib.
Ağ Ev bazar günü bildirib ki, Ukraynanın Moskva konsert zalında azı 137 nəfərin ölümü ilə nəticələnən terror aksiyası ilə heç bir əlaqəsi yoxdur.
Şərhlər bazar günü Vladimir Putinin hücumun Ukrayna ilə əlaqəli olduğunu deməsindən sonra verilib.
Forum