Çərşənbə axşamı Ukrayna prezidentinin saytında dərc olunmuş fərmanlara əsasən, Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov tutduğu vəzifədən kənarlaşdırılıb və onun yerinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleksandr Litvinenko təyin edilib.
Kadr dəyişikliklərinin səbəbləri açıqlanmır.
Danilov 2019-cu ilin oktyabr ayından Ukrayna Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edir/ O, Volodimir Zelenskinin Ukrayna prezidenti vəzifəsinin icrasına başlamasından bir neçə ay sonra təyin edilib.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası milli təhlükəsizlik və müdafiə məsələlərinin həllində əlaqələndirici rol oynayır. Onun tərkibinə ölkənin siyasi və müdafiə idarələrinin, eləcə də təhlükəsizlik orqanlarının yüksək səviyyəli rəhbərləri daxildir.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Zelenski dəfələrlə yüksək səviyyəli təhlükəsizlik və müdafiə məmurlarını dəyişib.
Ukrayna prezidentinin saytında bildirilir ki, Oleq İvaşenko ölkənin Xarici Kəşfiyyat Xidmətinin yeni rəhbəri təyin olunacaq.
Forum